Ehtiyatda və istefada olan hərbi qulluqçuların problemləri…

Seyyid Mübariz Ağa

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Neftçala rayon şöbəsi Bankə qəsəbəsi Özək sədri, ehtiyatda olan gizir

Noyabır ayının 8 və 9 tədbirlərində şəhid ailələri, qazilər və ehtiyatda və istefada olan hərbi qulluqçularla görüşdə, ortaya çıxan problemləri yazmaq qərarına gəldim.

Belə ki, uzun illər ərzində gəncliyini və sağlamlığını Azərbaycan Dövlətinə və xalqına canla-başla xidmətə həsr etmiş, hal hazırda ehtiyatda və istefada olan on minlərlə hərbi qulluqçunın hüquqlarının kobud şəkildə pozulmasına və onların dövlətdən incik salınmasına, habelə cəmiyyətdə süni gərginlik yaradılmasına və hərbi peşənin prestijinin aşağı düşməsinə yönəlmiş aşağıda sadalanacaq davranışlar böyük narazılıqlara gətirib çıxartmışdır.

Artıq bir müddətdir ki, ƏƏSMN pensiya qanunvericiliyinin təkmilləşdirilməsi adı altında on minlərlə hərbi pensiyaçının hüquqlarının kobud şəkildə pozulmasına yönəlik zərərli, qanunsuz və təhlükəli dəyişiklik təklif edirlər (Çox təəssüflə qeyd etməliyəm ki, artıq edilib).

Belə ki, hərbi xidmət dövlət xidmətinin xüsusi növü olmaqla spesifik bir fəaliyyətdir. Ömrünü hərbçilik peşəsinə həsr edərək uzun müddət ərzində dövlətimizə və xalqımıza sədaqətlə xidmət etmiş və hərbi xidmətin məhdud şəraitlərinə və çətinliklərinə sinə gərmiş ölkəmizin vətənpərvər övladlarının layiqli pensiya alacaqlarına ümid edilirdi və hətta dövlət də buna zəmanət vermişdi.

Məhz hərbi xidmətin spesifikasını nəzərə alaraq həm sovet dövründə, həm də müstəqillik dövründə hərbi qulluqçuların pensiya təminatı ayrıca və xüsusi qanunla tənzismlənirdi.

Əfsuslar olsun ki, 1992-ci ildə qəbul edilmiş “Hərbi qulluqçuların pensiya təminatı haqqında qanun” islahat adı altında 2006-cı ildə ləğv edilərək onun bəzi müddəaları “Əmək pensiyaları haqqında” qanuna əlavə edilmişdir.

Əvvəlki qanunda Hərbi qulluqçquların pensiyalarının iki halda artırılması nəzərdə tutulmuşdu və bu da qanunda aydın şəkildə yazılmışdı;

Təminat xəcliyi artdıqda (maddə 57 Hərbi qulluqçuların təminat xərcliyinin artması ilə əlaqədar pensiyaların yenidən hesablanması:

Bu Qanunun 13, 14, 20-22, 34 və 35-ci maddələrinə uyğun olaraq hərbi qulluqçulara və onların ailə üzvlərinə təminat xərcliyindən hesablanmış pensiyalar hərbi qulluqçuların təminat xərcliyinin orta səviyyəsinin artması ilə əlaqədar yenidən hesablanır.)

Dolanacaq xərcləri indeksinin dəyişilməsi ilə əlaqədar (Maddə 58. Dolanacaq xərcləri indeksinin dəyişilməsi ilə əlaqədar pensiyanın yenidən hesablanması:

Hərbi qulluqçuların və onların ailə üzvlərinin pensiyaları dolanacaq xərcləri indeksinin dəyişilməsi ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin müəyyən etdiyi qaydada yenidən hesablanır.

ƏƏSMN islahat adı altında yeni qəbul edilmiş “Əmək pensiyaları haqqında” qanunda həmin iki əsası heç kimin başa düşməyəcəyi tərzdə əvvəlcə bir maddədə birləşdirdi (2006-cı il), indi isə təklif edir ki, indeksasiya aparılanda qanunla nəzərdə tutulmuş digər artım (təminat xəcliyi artdıqda) artıq qanundan yığışdırılaraq ləğv olunsun.

Belə ki, hazırda hərbi qulluqçuların pensiya təminatı “Əmək pensiyaları haqqında” qanuna əsasən tənzimlənir və biz də qanuna tabe olan vətəndaşlar kimi bu qanuna əsasən hərəkət edirik.

Həmin Qanunun Əmək pensiyalarının indeksləşdirilməsi ilə bağlı 29.1. Əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir.

Bu məsələ aydındır ki, ölkə valyutası inflaysiyaya uğrayırsa bütün pensiyalar da indeksləşdirilməlidiir. Bizim buna heç bir iradımız yoxdur. Lakin nəyə görəsə bu indeksləşmə bizlərə şamil edilmir.

Həmin qanunun 29.2 –ci maddəsinə əsasən, həmin şəxslərin (yəni hərbi qullquçualrın) tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır.

İndi məsələ ondan ibarətdir ki, ƏƏSMN bu iki məsələni qarışdıraraq hərbi pensiyaların indeksasiyasını təklif edərək eyni zamanda təminat xərcliyi artdıqda pensiyamızın yenidən hesablanmamasını və bu imtiyazın qanundan yığışdırılmasını təklif edir.

Yəni, adını pensiya qanunvericiliyinin təkmilləşdirilməsi qoyurlar, əslində isə təklif edirlər ki, hərbi pensiyalar bütün əmək pensiyaları kimi indeksasiya olunsun, lakin hərbi qulluqçuların qanunda nəzərdə tutulmuş imtiyazı — təminat xərcliyi sonradan artırıldıqda, ehtiyatda və istefada olan hərbi qulluqçuların pensiyası yenidən hesablanmasın. Ehtiyatda və istefada olan hərbi pensiyaçıları bu imtiyazdan məhrum etmək istəyirlər. Bu olduqca təhlükəli və qanunlara zidd tendensiyadır və biz qəti şəkildə bunun əleyhinəyik.

Birincisi, pensiyaların indeksasiyası artım deyil. Hər il ölkə valyutası inflyasiyaya uğradıqda, dolanışıq xərclərində — istehlak səbətində dəyişiklik baş verir, alıcılıq qabiliyyəti azalır və dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi bizdə də indeksasiya – itirlmiş itkinin bərpası aparılmalıdır, bu da qanunda nəzərdə tutulmuşdur və düzgündür;

İkincisi, hərbi qulluqçuların əvvəllər tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı, təminat xərcliyi sonradan artırıldıqda pensiyalarının yenidən hesablanması hüququ vardır və bu da qanunla təsbit olunmuşdur;

Üçüncüsü, və ən əsası, gördüyünüz kimi, indeksasiya ilə təminat xərcliyi artdıqda hərbi qulluqçuların pensiyasının yenidən hesablanması ayrı-ayrı məsələlərdir, biri o birini özündə ehtiva etmir, bir-birinə mane olmur və qanunun bir tələbini tətbiq etməklə digər tələbini, hərbi qulluqçuların imtiyazını ləğv etmək islahat deyil, əksinə on minlərlə hərbi pensiyaçını dövlətdən incik salmağa yönəlmiş, düşünülməmiş, təhlükəli və zərərli bir addımdır ki, buna heç bir halda yol verilməməliydi.

Bu xəbəri paylaşın: