AVMVİB Xocavənd rayon şöbəsində yeni təyinat

Barat Müşüd oğlu Tahirov Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Xocavənd rayon şöbəsi sədrininsosial məsələlər üzrə müavini təyin edilib.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov vəsiqəni Barat Tahirova təqdim edərək onu təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb.

Akif Həsənov bildirib ki, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) daim yenilənən bir ictimai birlikdir. Öz fəaliyyətimizi zamanın tələblərinə uyğun qurmalıyıq.

Təqdimatda Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədov iştirak edib.

Təbrik edirik!

Elçin Qədirov
Qarabağ üzrə müxbir, Xocavənd

Bu xəbəri paylaşın: