8 Noyabr — Zəfər Günü münasibəti ilə «Ziyalı Azərbaycan xanımları» «Panoramic» restoranında tədbir keçiriblər. Tədbir iştirakçıları Zəfərin tarixi əhəmiyyətindən söz açıblar.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Nəsimi rayon şöbəsinin sədri Elmar Hüseynov məlumat verib.

Tədbirin təşkilatçılarından olan Azərbaycanın məşhur modelyeri Fəxriyyə Xələfovanın əl işlərindən hazırlanmış stend nümayiş etdirildi.
Fəxriyyə Xələfova tədbirdə iştirak edən müharibə qazisi, AVMVİB Nəsimi rayon şöbəsinin üzvü Ruxsarə Cumayevanı Zəfər Günü münasibətiylə təbrik etdi və əl işlərindən birini xanım döyüşçüyə hədiyyə etdi. Məşhur modelyer F. Xələfova çıxışında cənab İlham Əliyevin komandanlığı altında qazanılmış Zəfər münasibətiylə iştirakçıları təbrik edib və şəhidlərə Allahdan rəhmət diləyib.
E. Səlim

