Politoloq Suren Sarkisyan öz Facebook səhifəsində Pelosi barədə paylaşım edib.
Bu seçki nəticəsində Pelosi Nümayəndələr Palatasının spikeri postunu itirəcək. Çox güman ki, o, sıravi konqresmen qalmaq istəsin, amma Amerika mətbuatının yazdığına görə, o, səfir təyin olunacaq və siyasətdən gedəcək.
Bir daha vurğulayıram ki, Pelosinin Ermənistana səfərinin arxasında duran ən mühüm hərəkətverici qüvvələrdən biri onun ermənilərə şəxsi münasibəti, eləcə də “Vida səfəri” (vida turu), Erməni Soyqırımı Muzey-İnstitutunu ziyarət etmək istəyi olub. O, bu barədə erməni dostlarına və seçicilərinə dəfələrlə deyib. O, soyqırımın tanınmasına böyük töhfə verdi və bu, Ermənistana səfər etmək üçün vacib şərt oldu. Yəni, əsas hərəkətverici qüvvə şəxsi motivasiya idi, ona görə də rəsmi səfər məntiqi çərçivəsində də olsa, “weekend” (həftəsonunu) Ermənistanda keçirməyə qərar verdi.
Yeni seçilən konqresmen də Nyu Cersidəndir. Bu, Nyu-Cersi senatoru Bob Menendezin oğlu, kiçik Bob Menendezdir”.
