Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Göygöl rayon şöbəsinin üzvləri Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatı tərəfindən keçirilən ağacəkmə aksiyasında iştirak ediblər.
Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyi ilə əlaqədar keçirilən silsilə tədbirlər çərçivəsində, 11 noyabr 2022-ci il tarixində saat 11-00 da Göygöl şəhərində ağacəkmə aksiyası keçirilmişdir.



Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Göygöl rayon şöbəsinin sədri Həbib Hüseynov məlumat verib.
H. Hüseynov bildirib ki, Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayevin, YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayevin, Vətən Müharibəsi iştirakçılarının, YAP fəallarının və könüllülərin iştirakı ilə keçirilən aksiyada 300 ədəd şam və çinar ağacları əkilmişdir.






