Ehtiyatda və istefada olan hərbi qulluqçuların problemləri…

Seyid Mübariz Ağa

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Neftçala rayon şöbəsi Bankə qəsəbəsi Özək sədri, ehtiyatda olan gizir

II YAZI

Ehtiyatda və istefada olan hərbi qulluqçularla görüşdə, mənzillərin verilməsi ilə əlaqədar olan problemlərə də toxunuldu.

Belə ki, «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası qanununun II bölümünün 12-ci madəsində “Hərbi qulluqçuların mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə təmin olunması” haqında : “Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Yaşa, xəstəliyə, ştatların ixtisarına və ailə vəziyyətinə görə ehtiyata və istefaya buraxılmış zabit, gizir və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr tərfindən fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər.

Həm də müddətdən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Ehtiyata və istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar əlilliyi müəyyən edilmiş və bununla əlaqədar hərbi xidmətdən buraxılmış hərbi qulluqçulara seçdikləri yaşayış yerində mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi növbədənkənar verilir.”

Belə məlum olar ki, evlərin verilməsi ilə əlaqədar yuxarda göstərilən qanunları nəzərə alsaq, gərək ehtiyata və istefaya buraxılmış heç bir zabit və gizir heyəti evsiz qalmasın. Amma çox təəssüflər olsun ki, yüzlərlə ehtiyata və istefaya buraxılmış hərbi qulluqçular yuxarıda sadaladığımız qanunların icra olunmaması səbəbindən evsiz qalmış və ya mənzil kirayəsi xərcləri ödənməmişdir. Digər bir problem, ehtiyata və istefaya buraxılmış şəxslərin mənzillə təmin olmadığı müddətdə kirayə xərclərini ödənməsi ilə bağlı idi.

Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasına əsasən: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 6 avqust tarixli 174 nömrəli qərarının I bəndində: “ Yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir” Amma çox təəssüflə bildirmək istəyirik ki, bu qanunun icrahatına vaxtında və düzgün əməl olunmur.

Ehtiyata və istefaya buraxılmış zabit və gizirlər bəziləri, hələdə kirayədə yaşasalarda kirayə pulu ala bilmirlər. Daha sonra, keçmiş SSR-i SQ-də zabit və gizir qismində xidmət etmiş, 1992-ci ildə Azərbaycan ordusu sıralarına könüllü xidmətə gələn və bugünkü gündə ehtiyata və istefaya buraxılan hərbi qulluqçuların hüquqları pozulmasi ilə bağlı idi.

Bizlər 1992-ci ildə Ulu öndər Heydər Əliyevin bir çağrışı ilə Vətənə xidmətə qayıdan hərbi qulluqçular, bugün dövlət qayğısından kənarda qalıb. 25 təqvim ili və daha artıq qüsursuz xidmət etmiş, ehtiyata və istefaya buraxılan hərbi qulluqçular, həqiqi hərbi xidmətin 15 təqvim ili və daha çox AR. SQ-də xidmətini başa vurmuş ehtiyatda olan hərbiçilər mənzillə təmin olunmur. Nece olur ki, SSR-idə ximət edənlərin xidmət illəri, pensiya təminatı təyin olunarkən 20 təqvim ili təqaüdə hesablanır, amma mənzillə təmin olunmaqda nəzərə alınımır, dövlət qayğısından kənarda qalır?

Hesab edirik ki, bu bizlərə ( ehtiyata və istefaya buraxılan hərbi qulluqçulara ) qarşı haqsızlıq və ədalətsizlikdir.

Bizlər keçmiş SSR-i silahlı qüvvələrinədə öz başımıza getməmişik. Bizi ozama Azərbaycan SSR-i Hərbi Komisarlığı göndərib, yəni dövət göndərib. Hərbi xidmət harda xidmət etməsindən aslı olmayaraq hərbi xidmətdir. 25-30 il ömrünü hərbi xidmətə həsr edən, sağlamlığını itirən hərbi qulluqçu bugünkü gündə dovlət diqqətindən kanarda qalmış və şəraiti olmayan kirayə evlərində yaşayırlar.

Bu xəbəri paylaşın: