Masallı rayonu Elşad Ağayev adına Hişkədərə kənd tam orta məktəbində Zəfər Bayramına və şəhidlərin xatirəsinə həsr olunmuş Masallı rayonunun 8 məktəbi arasında voleybol yarışının açılış mərasimi keçirilib.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Masallı rayon şöbəsinin sədri Şahabbas Qəhrəmanov məlumat verib.
Yarışa şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad etməklə start verilib.
Azərbaycan dövlət Himni səsləndirilib. Tədbirdə 44 günlük Vətən müharibəsi şəhidlərinin və müharibə veteranlarının qəhrəmanlığına aid cıxışlar edilib.
Həmçinin tədbirdə AVMVİB Masallı rayon şöbəsinin sədri, ehtiyatda olan mayor Şahabbas Qəhramanov cıxış edərək Masalı rayonunun hər bir vətəndaşının, şəhid ailələrinin, müharibə veteranlarının 44 günlük Vətən müharibəsində rolundan danışb. Yarış iştiraklarına öz xoş arzularını çatdırıb.
