Qərb ölkələri və ABŞ Rusiyaya demək olar ki, sərhədsiz hücum edir.
Fedai.az TASS-a istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Rusiya sıradan bir dövlət deyil, güclü dövlətdir. Təbii ki, ABŞ başda olmaqla Qərb Rusiyaya demək olar ki, sərhədsiz hücum edir. Bütün bunların qarşısında Rusiya təbii ki, müqavimət göstərir”, — Türkiyə prezidenti bildirib.
Onun sözlərinə görə, Türkiyə Ukraynadakı vəziyyəti necə həll edəcəyini anlamağa çalışır. Ankara hesab edir ki, dialoq münaqişənin həllinin ən yaxşı yoludur, Ərdoğan vurğulayıb.
Noyabrın 2-də Ərdoğan Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığını elan edib. O, söhbətin mövzusunu dəqiqləşdirməyib, lakin qeyd edib ki, bir gün əvvəl Vladimir Putinlə də telefon danışıqları olub.
Əli Nəsib Zərdabi