Qismən səfərbərlik elan edildikdən sonra Gürcüstanda 100 mindən çox Rusiya vətəndaşı məskunlaşıb.
Bunu Gürcüstan Prezidenti Salome Zurabişvili «France Inter» radiostansiyasına müsahibəsində bildirib.
O qeyd edib ki, Gürcüstanda qalan Rusiya vətəndaşlarının əksəriyyəti orta təbəqənin nümayəndələri və gənclərdir.
Zurabişvilinin sözlərinə görə, sentyabrın 21-dən bəri 700 min rus Gürcüstan sərhədini keçib, onlardan 600 mini Avropa ölkələrinə, Türkiyə və ya Ermənistana gedib.
Bu xəbəri paylaşın: