Ömrünü gününü Vətənin bütövlüyünə,xalqımızın xoş gələcəyinə həsr edən hər kəs Vətənin xoşbəxt vətəndaşıdır. Belə vətən təəssübü çəkən oğlanlardan biri də Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin Maddi texniki təminat İdarəsində şərəfli xidməti yolu keçən polkovnik Süleymanov Zakir Nadir oğlunun 14 noyabrda vəfat etməsinin ikinci ildönümüdür .
Məhrum həmkarımızın vəfatının ildönümü ilə əlaqədar Azərbaycan Vətən Müharibəsi Veteranlariı İctimai Birliyinin rəhbərliyi, onunla xidmət edən hərbi qulluqçularmız, ehtiyatda olan hərbi vəzifəlilərmiz,onun doğmalarına və yaxınlarına başsağlığı verir, axirətinin cənnət məkanı olmasını Ulu Allahdan diləyir.
Polkovnik Süleymanov Zakir Nadir oğlu 12 may 1949-cu ildə Gürcüstan Respublikasının Dimanis rayonunun Qızıl-Kilsə kəndində anadan olub.
O, Dimanis rayonunun Qızıl- Kilsə kənd orta məktəbini bitirdikdən sonra 1967-ci ildə Gəncə şəhərində Azərbaycan Kənd təssərrüfatı İnistituna daxil olmuş 1972 -ci ildə həmin institutu bitirmişdir.


Zakir Süleymanov 1972-1974-cü illərdə Sovet ordusunda müddətli həqiqi hərbi xidmətdə olmuşdur. O,hərbi xidmətdə olduğu zaman Murmansk şəhərində hərbi məktəbi bitirdikdən sonra ona «leytenant» hərbi rütbəsi verilmişdir.
O, 1974-1991- ci ilə kimi Gürcüstan Respublikasının Dimanis rayonunda,1992-1993-cu illərdə isə Abşeron rayonunda müxtəlif rəhbər vəzifələrdə işləyib .1993-2009- cü ilərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında Baş İdarəsinin Maddi texniki təminat idarəsində xidmət rəisi vəzifələrində Vətənə, Dövlətə və xalqa sədaqətlə xidmət etmişdir.
Polkovnik Zakir Süleymanov Daxili Qoşunların Baş İdarəsinin Maddi Texniki Təminat İdarəsindən yaşa görə Silahlı Qüvvələrdən ehtiyata buraxldıqdan sonra 2009-2015 -ci illərdə həmin idarədə müqavilə əsasında mülkü işçi kimi işləmişdir.
Polkovnik Zakir Nadir oğlu Süleymanov peşəkarlığı və humanistliyi ilə, nəzəri və praktiki biliyi ilə, sadəliyi və səmimiyyət ilə, dəqiqliyi və təmkinliyi ilə, təşkilatçılıq bacarığı ilə seçilən ömürünün ən məhsuldar dövrünün 17-ildən cox şərəfli xidməti yolunu hərbi xidmətdə kecirib.
O, Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl etməkdə, hərbi andın və hərbi nizamnamələrin tələblərinin yerinə yetirilməsində üzərinə düsən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
Xidməti vəzifələrinin öhdəsindən layiqincə gəldiyinə görə Polkovnik Süleymanov Zakir Nadir oğluna Daxili İşlər Nazirinin müvaiq əmrləri (mükafat qaydasında) vaxtından əvvəl kapitan, mayor, polkovnik leytenant və bir pillə tutduğu vəzifədən yuxarı polkovnik hərbi rütbəsi verilmişdir.
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə görə, döyüş və ictimai sıyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna görə, nümunəvi xidmətinə eləcədə hərbi vəzifələrinin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına görə , Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin müvafiq əmrləri ilə əla xidmətlərə görə döş və yubiley nişanları ilə, pul mükafatları ilə, fəxri fərmanlarla qiymətli hədiyyələrlə mükafatlandırılıb və ona təşəkkür elan edilib.
Polkovnik Zakir Nadir oğlu Süleymanov xidmədə fəriqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri, «Qüsursuz xidmətlərə görə 2-ci və 3-cü dərəcəli, «Silahlı Qüvvələrin yaranmasının» isə 10-iliyi, 90-illiyi yubiley medalları ilə təltif edilib.
Hal-hazırda haqq dünyasında olan polkovnik Süleymanov Zakir Nadir oğlunun əziz ruhu onu tanıyanlar tərəfdən daimi hörmətlə xatırlanır və yad edilir. Belə vicdanlı oğulları ilə tanınır Vətən.!
ALLAH RƏHMƏT ELƏSİN.
RUHU ŞAD, MƏKANI CƏNNƏT OLSUN!
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai birliyi sədrinin hüquqi məsələlər üzrə müavini polkovnik Salman Musayev
