İstanbulun əsas küçəsində partlayış baş verib, 11 nəfər yaralanıb

İstanbulda, İstiklal küçəsində — şəhərin əsas piyadaların çox olduğu küçəsində partlayış baş verib. Türkiyə mətbuatının verdiyi məlumata görə, 11 nəfər yaralanıb. Qurbanların sayı ilə bağlı məlumatı CNN müxbiri də təsdiqləyir.

«Bölgəyə çoxlu yanğınsöndürənlər, polis məmurları və həkimlər göndərilib», — «Haberler» bildirir. Türkiyə mətbuatının hadisə yerindən yaydığı videogörüntülərdə yerdə uzanmış insanlara təcili yardım xidmətinin kömək göstərdiyi görünür.

Bir sıra media ən azı dörd nəfərin öldüyü barədə yazır, bu məlumat Türkiyə rəsmiləri tərəfindən hələlik təsdiqlənməyib. CNN-in məlumatına görə, partlayışın gücü yüksək olduğundan şəhərin qonşu ərazilərində də eşidilib.

Bu xəbəri paylaşın: