İstanbul partlayışında yaralı sayı artdı

“6 nəfəri itirmişik, onlardan 4-ü hadisə yerində həlak olub. 81 yaralımız var, onlardan 2-sinin vəziyyəti ağırdır”.

Bunu istanbuldakı partlayış yerində olan Türkiyənin vitse-prezident Fuat Oktay deyib.

“Biz qərarlıyıq. Bu hadisələrin arxasında kim dayanırsa, dünyanın harasına getsə də, cavab verəcək. Bu işi tezliklə çözəcəyik. Bu terrorçuların arxasında kim dayanırsa, cavab verəcək”, — deyə Oktay əlavə edib.

Qeyd edək ki, hazırda Fuat Oktayla yanaşı, daxili işlər naziri Süleyman Soylu və ədliyyə naziri Bəkir Bozdağ da hadisə yerindədirlər.

Bu xəbəri paylaşın: