Həmişə müqəddəs peşəsinə layiq, yüksək iş qabiliyyətləri ilə fərqlənən, fədakarlığı, qəhramanlığı ilə vətəndaşlığın əsas meyarı hesab edən ,cəfakeş həkimlərmizdən biri olan müharibə veteranı ehtiyatda olan tibb xidməti mayoru Kərimov Aslan Məmmədhüseyin öğlunun 15 noyabr 59 yaşı tamam olur.
Bu gün münasibəti ilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Rəhbərliyi müharibə veteranı ehtiyatda olan tibb xidməti mayoru Kərimov Aslan Məmmədhüseyin oğlunu doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, ailə səadəti və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayır.
Aslanın yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin.
Müharibə Veteranı ehtiyatda olan tibb xidməti mayoru Kərimov Aslan Məmmədhüseyin oğlu 15 noyabr 1963-cü ildə Lerik rayonunun Çayrud kəndində dünyaya göz açıb.



O, 1980-ci ildə Lerik rayonunun Çayrud kənd orta məktəbini, 1992-ci ildə Azərbaycan Dövlət Tibb Universitetini , Daxili Qoşunların Bas İdarəsinin hərbi hissələrində və ali hərbi məktəbində xidmət etdiyi illər ərzində isə həkimlərin təkimilləşdirmə İnstitutunun ixtisas artırma kurslarını bitirib.
Kərimov Aslan Məmmədhüseyin oğlu 1982-1984-cü illərdə Sovet ordusunun Orenburq vilayətində yerləşən hərbi hissədə snayper vəzifəsində müddətli həqiqi hərbi xidmətdə olub,1984-1985- ci illərdə istehsalat tikinti idarəsində betonçu, 1992- 1993-cü illərdə Respublika Klinik xəstəxanasında həkim terapevt vəzifəsində işləyib. 1993-2015-ci illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin Sumqayıt şəhərində, Nərimanov, Xəzər rayonlarında yerləşən hərbi hissələrində və ali hərbi məktəbində tibb xidmət rəisi vəzifələrində xidmət edib, 2015-2021- cü illərdə isə Lerik rayonunun Çayrud kənd xəstəxanasında baş həkim vəzifəsində işləmişdir.
O, Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl etməkdə eləcədə hərbi andın və hərbi nizamnamələrin tələblərinin yerinə yetirilməsində bir çox hərbi qulluqçulara şəxsi nümunə olaraq Vətənə Dövlətə və xalqa sədaqətlə xidmət etmişdir. Hippokrat andı içən Aslan həkim o anda sona qədər sadiq qalaraq ona həvalə edilmiş vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
Tibb Xidməti mayoru Aslan Kərimov Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində Azərbaycanın ərazi bütövlüyü uğrunda (Füzuli və Cabrayıl rayonları istiqamətdə) gedən döyüşlərdə fəal iştirak edərək ona həvalə edilmiş vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kımı göstərmişdir. O işlədiyi və oxuduğu təhsil müəssisələrində, yaşadığı ərazidə kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün nümunə olmuşdur.
O, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, hərbi andın və hərbi nizamnamələrin tələblərinin yerinə yetirilməsində üzərinə düsən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gələrək, Vətənə, Dövlətə və Xalqa sədaqətlə xidmət etmişdir. Hippokrat andı içən Aslan həkim o anda sona qədər sadiq qalaraq ona həvalə edilmiş vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasında, şəhərdə və yaşayış məntəqələrində baş vermiş kütləvi ixtişaşların qarşlsının alınmasında, mütəşəkkil cinayətkarlığa, terrorçüluğa və digər təhlükəli cinayətlərə qarşı mübarizədə, qanunsuz silahlı dəstələrin zərərsizləşdirilməsində, dövlətin ərazi bütövlüyünün təmin edilməsində, fövqaladə vəziyyət zamanı hüquqi rejim tədbirlərinin həyata keçirilməsində üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerinə yetirmişdir.



Müharibə Veteranı ehtiyatda olan tibb xidməti mayoru Aslan Kərimov hərbi hissənin Zabitləri ilə, gizir və müddətdən artıq xidmət hərbi qulluqçuları ilə, əsgər və çavuşları ilə, kursantları və sanitar-təlimatçıları ilə döyüş və ictimai siyasi hazırlığı üzrə məşğələlərin və marifləndirmə işlərinin aparılması istiqamətində üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmişdir.
Aslan həkim qorxmaz, insanpərvər, saxavətli, əliacıq, vəfalı, zəhmətkeş həkimdir. O,istər təhsil aldığı ali və orta təhsil müəssisələrində , istərsə xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost-tanış qohum-əqrəb arasında özünə layiq hörmət qazanmışdır.
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə görə, döyüş və ictimai siyası hazırlığında , hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna , nümunəvi xidmətinə və hərbi vəzifələrinin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, ali hərbi məktəb rəisinin və hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə döş və yubley nisanları ilə, pul mükafatları ilə, fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırıldı və ona təşəkkür elan edilib.
Xidmətdə fəriqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə «Qüsursuz Xidmətlərə görə 1-ci, 2-ci və 3-cü dərəcəli, «Silahlı Qüvvələrin yaranmasının» 10-illiyi, 90-illiyi və 95-illiyi yubiley medalları ilə təltif edilib.
Yüksək insanı keyfiyyətlərə və kamil həkimlik peşəsinə qadir Aslan həkim sağlamlıq bəxş etdiyi insanların ömründə və şərəfli həkim peşəsinin tarixində yaşayacaq.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN.
ASLAN HƏKİM!
BİR İL DAHA BİTDİ, AMMA HEÇ VAXT KƏDƏRLƏNMƏ ZAMAN TEZ KEÇİR DEYƏ. UNUTMA Kİ HƏR KƏS EYNİ ŞEYİ YAŞAYIR. BU İLİN SONUNDA GERİYƏ BAXDIĞINDA ÜMÜD EDİRƏM BİR «MÖCÜZƏ İLDİ » DEYƏRSƏN. BÜTÜN ARZULARLNIN REALAŞMASI DİLƏYİMLƏ. XOŞBƏXT İLLƏRƏ.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin hüquqi işlər üzrə müavini polkovnik Salman Musayev


