AVMVİB Zəngilan rayon şöbəsinin sədri təltif olunub

Bu gün Zəngilan rayon İcra Hakimiyyətinin Başçısı cənab Ramiz Həsənovun dəvəti ilə İcra Hakimiyyətində görüşümüz baş tutdu.

Görüşdə YAP Zəngilan təşkilatının sədri Natiq Quluzadə, İcra Başçısının müavini Nizami Mövsümov, Maya xanım, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə iş şöbəsinin müdiri Kəmaləddin Məmmədov iştirak edirdi.

Başçı Ramiz Həsənov gördüyümüz işləri izlədiyini, hələ müharibədən qabaq, müharibə dövrü və müharibədən sonra gördüyümüz işləri izlədiyini və alqışladığını bildirdi.

Çıxış edən digər görüş iştirakçıları da gördüyümüz işlərin dövlətimiz, dövlətçiliyimiz üçün vacib işlər olduğunu bildirdilər.

Mən də öz növbəmdə dəvət üçün təşəkkürümü bildirib hər zaman olduğu kimi bundan sonrada dövlətimizin, dövlətçiliyimizin, Ali Baş Komandan İlham Əliyevin gördüyü işləri və yürütdüyü siyasəti dəstəkləyəcəyimizi, daima Dövlətimizə xidmət edəcəyimizi bildirdim.

Sonda Zəngilan rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov mənə Fəxri Fərman təqdim etdi.

Göstərdiyi diqqətə görə başda Ramiz Həsənov olmaqla hər kəsə təşəkkürümü bildirirəm.

Azad Musayev

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Zəngilan rayon şöbəsinin sədri, Fedai.az — ın müxbiri

Bu xəbəri paylaşın: