Günün acı reallığı: Döyüşçü adı uca tutulmalıdır…

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, Nəsimi rayon şöbəsinin sədri, «Azərbaycan Bayrağı» ordenli ehtiyatda olan polkovnik Elmar Hüseynov facebook hesabında paylaşımında yazıb:

  • Hal-hazırda 1988-ci ildən başlayan Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olan, yaralanan, yaralanmayan veteranların əksəriyyətinin adı və haqqı bəzi məmurlar tərəfindən işğal olunub.

Çox təəssüflər olsun ki, bu işdə onlara elə bəzi üzdəniraq «veteranlar» kömək edirlər. Hər məmurun ətrafında 10-15 nəfərdən ibarət bir dəstə var. Tərif deyən dəstə. Bir az artıq pay almaq üçün yaltaqlıq edirlər. «Ar olsun» belələrinə. Hər birimiz onları yaxşı tanıyırıq və görürük, amma nədənsə üzlərinə demirik.

Bir müddətdən sonra onları da çıxdaş edəcəklər. Yerlərinə təzə yaltaqlar gələcək.

Bu xəbəri paylaşın: