Qazi Başçı haqqında yazır…

Neftçala Rayon İcra Hakimiyyəti Başçısı Mirhəsən Mirheydər oğlu Seyidov 15 iyul 1989-cu ildə Sumqayıt şəhərində anadan olub.

Təhsili — 1995-ci ildən etibarən 287 saylı “Zəkalar” litseyində təhsil almağa başlayıb. 2006-cı ildə orta məktəbi bitirib. Elə həmin il Azərbaycan Universitetinin Vergi və Vergitutma fakültəsinə yüksək göstərici ilə daxil olub. 2010-cu ildə ali təhsilin bakalavr pilləsini bitirib.

2012-2014-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq biznes MBI magistr dərəcəsi əldə edib. 2010-2011-ci illər ərzində həqiqi hərbi xidməti Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsində (Yalama Sərhəd Nəzarət Məntəqəsi) başa vurmuşdur.

İctimai fəaliyyətinə 2005-ci il iyun ayında Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasında başlamış,

2006-cı ildə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ), 2009-cu ildə Dünya Türk Gəncləri Birliyində Azərbaycan nümayəndə heyətinin rəhbəri seçilmişdir.

2012-ci ildə Azərbaycanda Avropa Hərəkatında İdarə Heyətinin üzvü olub.

2012-ci ildə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasında sədr müavini, 2014-cü ildə isə “İRƏLİ” İctimai Birliyinin sədri seçilib.

2015-ci ildə İctimai TV (Azərbaycan) 6 il müddətinə Yayım Şurasının üzvü seçilmişdir.

2007-ci ildən başlayaraq 35-ə yaxın xarici ölkədə keçirilən beynəlxalq tədbirlərdə, o cümlədən Avropa Parlamenti, Avropa Şurası, Birləşmiş Millətlər Təşkilatlarının Uşaq Fondu (UNICEF), Avropa İttifaqının, Avropa Gənclər Forumu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP), Avropa Gənclər Fondunun bir çox tədbirlərində Azərbaycanı təmsil edib. Yodlaşdırılmış duz, Sağlam həyat tərzi, Ekoloji maarifləndirmə, Azərbaycan Gənclər Siyasəti üzrə həmyaşıd təlimçi kimi fəaliyyət göstərib.

MirHəsən Seyidov 2 fevral 2017-ci il Gənclər günü münasibətilə Azərbaycan Respublikası Konstitusiyasının 109 -cu maddəsinin 32-ci bəndinə əsasən ictimai fəaliyyət sahəsində fərqləndiyinə görə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən mükafatlandırılmışdır.

2017 -ci il 4 mart tarixində Prezident İlham Əliyev tərəfindən verilmiş sərəncama əsasən Azərbaycan Gənclər Fondunun Müşahidə Şurasının üzvü təyin edilmişdir.

2017 – ci il 21 sentyabr tarixindən Azərbaycan Respublikası Təhsil Nazirliyinin Müşahidə Şurasının üzvüdür.

2018-ci ilin 8 yanvarından etibarən Mirhəsən Seyidov Azərbaycan Milli Karate Federasiyasının baş katibi vəzifəsinə,

2019-cu ilin 13 oktyabr tarixindən etibarən Türk Şurası Gənclər Platformasının Prezidenti vəzifəsinə təyin olunmuşdur.

2019 — cu ilin 22 oktyabr tarixindən etibarən isə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi İctimai Şura üzvü vəzifəsinə təyin olunub.

2020-ci il 5 mart tarixində Prezident İlham Əliyev tərəfindən verilmiş sərəncama əsasən, Mirhəsən Mirheydər oğlu Seyidov Neftçala Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir.

Mirhəsən Mirheydər oğlu Seyidov Neftçala Rayon İcra Hakimiyyətinin başçısı təyin edildikdən sonra Neftçala Rayonunun Şəhid ailələri, Qarabağ qaziləri və o cümlədən rayon ictimaiyyəti ilə olan münasibəti, Neftçala Rayonunda abadlıq və yenidənqurma işlərinin aparılması, rayon əhalisinin qəlbində yüksək yer tutdu.

Mirhəsən Seyidov Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin siyasi və ictimai xəttini layiqincə davam etdirir.

Müstəqilliyimizin və ideoloji dayaqlarımızın daha da möhkəmləndirilməsinin, vətəndaş həmrəyliyinin bərqərar olmasının təməlində, Azərbaycan dövlətinin Ali Baş Komandanı Prezident İlham Əliyevin yürütdüyü siyasətini, rayon müstəvisində layiqincə yerinə yetirir.

Rayon daxilində, həm də kəndlərdə milli məişətlə bağlı problemlərin həllinə, yolların abadlaşdırmasına, elektirik xətlərin kabeləşdirməsinə və icməli suyun cəkilməsinə həssas və fəallıqla yanaşması Neftçala sakinlərinin diqqətindən yayınmamış, ictimaiyyətin rəğbətini qazanmışdır.

Mirhəsən Seyidov şəhid ailələrinə, aztəminatli ailələrə və rayonun yaşlı sakinlərinin evlərinə gedərək, onları tez-tez yoxlayır, maddi və mənəvi dəstəyini hər zaman göstərir.

Azərbaycan Prezidentinin yürütdüyü uğurlu xarici və daxili siyasət davamçısı olan Mirhəsən Seyidov, Azərbaycanın Qarabağ bölgəsində Ermənistanın apardığı etnik təmizləmə və işğal siyasəti nəticəsində doğma torpaqlarından qovulan bir milyon köçkün insanlardan bir qismi, Neftçala rayonuna da pənah gətirmişlər. Mirhəsən Seyidov onların həyat şəraitinin yaxşılaşdırılmasın diqqət mərkəzində saxlayır.

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, din xadimləri, qazilər və şəhid ailələrinin iştirakı ilə Şəhid ailələrinə baş çəkərək onların yas mərasimlərində iştirak edir, maddi və mənəvi dəstəyi hər zaman göstərmişdir.

Mirhəsən Seyidov Neftçala rayonunun Z.O.Qoltuq kəndinin İsmilli qəbirstanlığında xalq arasında “Soltan Pirətəvan” adı ilə məhşur olan bu ziyarətgahda Şəhidlərmizin məzarının tikintisi, təmiri və abadlaşdırması ilə birgə tez-tez ziyarət edər, onların xatirəsini ehtiramla yad edir.

Mən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Neftçala rayon şöbəsi Bankə qəsəbəsi Özək sədri, ehtiyatda olan gizir Seyid Mübariz Ağa şəxsən öz adımdan, həmçinin AVMVİB Neftçala rayon şöbəsi üzvüləri adından Neftçala rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidova öz minnətdarlığımızı bildiririk.

Hörmətlə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Neftçala rayon şöbəsi Bankə qəsəbəsi Özək sədri, ehtiyatda olan gizir Seyid Mübariz Ağa

Bu xəbəri paylaşın: