Putin əcnəbilərin Rusiya ordusunda xidmət keçməsi haqqında fərman imzalayıb

Rusiya prezidenti Vladimir Putin orduda xidmət keçmə qaydası haqqında Əsasnaməyə dəyişiklik edilməsi haqqında fərman imzalayıb — indi bu imkanı əcnəbilər əldə ediblər.

Sənəd hüquqi məlumatların internet portalında dərc olunub.

Bundan əlavə, vətəndaşlığı olmayan şəxslər Rusiya ordusunda xidmət etmək imkanı əldə edəcəklər.

Bundan əvvəl dövlət başçısı hərbi xidmət müqaviləsi bağlamış əcnəbilərə sadələşdirilmiş qaydada Rusiya vətəndaşlığını almağa icazə verən fərman imzalayıb. Bu hüquq onların həyat yoldaşlarına, valideynlərinə və uşaqlarına da veriləcək.

P.S. Xatırladaq ki, Rusiya etdyi qanunsuzluqlardan birinə qanuni don geyindirib. Hələ müharibənin ilk günlərində Ukrayna SQ bu xarici vətəndaşları ələ keçirmişdi. Onlara məxsus hərbi biletlərin qondarma «LNR» -dən verildiyi yazılmışdı…

Mənbə: RİA Novosti.

Elnur Səlim

Bu xəbəri paylaşın: