İnsan üçün ən yadda qalan günlərdən biri də onun doğum günüdür. Yaşının üstə yaş gələndə insan daha da kamilləşir. Belə insanlardan biri də yüksək peşəkarlığı və humanistliyi ilə, nəzəri və praktiki biliyi ilə, sadəliyi və səmimiyyəti ilə, dəqiqliyi və təmkinliyi ilə, işgüzarlığı və mənəvi keyfiyyəti ilə, təşkilatçılıq bacarığı ilə seçilən ömürün məhsuldar dövrünün 21 ildən çox şərəfli xidmət yolunu Daxili İşlər Nazirliyinin İslah-əmək (cəzaçəkmə) müəssisələrində və Daxili Qosunlarda keçirən müharibə veteranı ehtiyatda olan mayor Hüseynov Şahid Hüseyin oğlunuun 19 noyabrda 60 yaşı tamam olur.
Bu əlamətdar gün münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi, Müharibə veteranı ehtiyatda olan mayor Hüseynov Şahid Hüseyin oğlunu doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, ailə səadəti və həyat yollarinda bitib — tükənməyən nailiyyətlər arzulayır.
Arzu edirik ki, Şəhid Hüseynovun yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin.
Müharibə Veteranı ehtiyatda olan mayor Hüseynov Şahid Hüseyin oğlu 19 noyabr 1962-ci ildə Sabirabad rayonunun Qarağac kəndində zəhmətkeş anadan olub.
O, 1979-cu ildə Sabirabad rayonunun Qarağac kənd orta məktəbini, 1984-ci ildə isə Sankt-Peterburq (Leninqrad) şəhərində Meşə Texniki Akademiyasını bitrib.
Şahid Hüseyin oğlu Hüseynov 1984- 1992-ci illərdə Daxili İşlər Nazirliyinin Bakı şəhərində yerləşən islah-əmək (cəzaçəkmə) müəssisələrində müxtəlif vəzifələrdə, 1992-2013-cü ilərdə isə Daxili İşlər Nazirliyi Daxili Daxili Qoşunların Baş idarəsinin Şirvan (Əlibayramlı), Naxçıvan və Bakı (Nərimanov və Xəzər rayonlarında) şəhərlərində yerləşən hərbi hissələrdə, ali hərbi məktəbdə xidmət rəsi, Daxili Qoşunların Bas İdarəsinin müvafiq şöbəsində isə qrup rəisi (baş zabit) vəzifələrində Vətənə Dövlətə və xalqa sədaqətlə xidmət etmişdir.
Azərbaycan respublikasının Konstitusiyasına və Qanunlarına əməl etməkdə, hərbi nizamnamələrin, hərbi andın tələblərinə və vəzifə borcuna əməl etməkdə tabeçiliyində olanlar üçün nümunə olmuşdur.
O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kımı göstərmişdir. O işlədiyi və oxuduğu təhsil müəssisələrində, yaşadığı ərazidə kolektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün nümunə olmuşdur.
Mayor Hüseynov Şahid Hüseyin oğlu qorxmaz, saxavətli, əliaçıq, zəhmətkeş baş zabit olmuşdur. O, istər təhsil aldığ orta və ali təhsil müəsələrində, istərsə də qohum-əqraba, xidmət etdiyi və işlədiyi kollektiv,dost-tanış arasında özünə layiq hörmət qazanmışdır.
Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda şəhərdə, yaşayış və cəzaçəkmə müəssisələrində baş vermiş ixtşaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, fövqaladə vəziyyət zamanı hüquqi rejim karantin tədbirlərinin həyata keçirilməsində, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyətlə və şərəf hissi ilə yerınə yetirmişdir.
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi-döyüş keyfiyyətləri göstərdiyinə görə, döyüş və ictimai sıyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna görə, nümnəvi xidmətinə görə eləcədə hərbi vəzifələrinin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, ali hərbi məktəb rəisinin, hərbi hissə komandirinin və onun müavininlərnin müvafiq əmrləri ilə əla xidmətlərə görə döş və yubiley nişanları ilə, fəxr fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırılıb və ona təşəkkür elan edilib.
Şahid Hüseyin oğlu Hüseynov Xidmətdə fəriqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə «Qusursuz xidmətlərə görə » 1-ci, 2-ci və 3-cü dərəcəli, «Silahlı Qüvvələrin yaranmasının» isə 10- illiyi, 90-illiyi və 95-iliyi yubiley medalları ilə təltif olunub.
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrının hüquqi məsələlər üzrə müavini polkovnik Salman Musayev