Ərdəbildə milli fəal Ramin Aliniya həbs edilib.
Güney Azərbaycan Teleqram kanallarına istinadən xəbər verilir ki, İran təhlükəsizlik xidmətinin əməkdaşları milli fəalı naməlum istiqamətdə aparıblar.
Ərdəbil şəhəri təhlükəsizlik orqanları Ramin Aliniyanın həbsinin səbəbi və hansı şərayitdə saxlanıldığı barədə hər hansı məlumat verməyib.
Mənbə: Bakupost.az
Bu xəbəri paylaşın: