Azərbaycan Vətən Müharibəsi Veteranlar İctimayi Birliyinin Lənkəran rayon şöbəsinin üzvləri 44 günlük Vətən müharibəsində qəhramanlıq göstərərək şəhidlik zirvəsinə ucalmış şəhidimiz Qulamzadə Afərin Müqəddəs oğlunun ikinci ildönümü ilə əlaqədar məzarını ziyarət ədərək ruhuna dualarar oxuyublar.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranlar İctimai Birliyi (AVMVİB) Lənkəran rayon şöbəsinin sədr müavini Saleh Dostiyev məlumat verib.
Müharibə veteranları daha sonra şəhidin ailəsinə baş çəkiblər. Şəhid atası oğlunun keçdiyi döyüş yolundan və göstərdiyi qəhrəmanlıqlardan danışıb.
Allah rəhmət eləsin!

