Veteranlarımızı tanıyaq və tanıdaq …

Biz bir veteran saytı olaraq hər bir müharibə veteranını və şəhidlərimizi tanıtmağa, onların keçdikləri şərəfli yolu işıqlandırmağa çalışırıq. Bizim veteranlarımızdan vəzifədə də olanlar var, işsiz olanlar da var. Onlar bir səngərdən çıxdıqları üçün heç nəyə fərq qoymadan qardaşdırlar. Bizlər qazilərimizi yalnız Savaş günündə deyil, həm də hər gün dualarımızda xatırlamalıyıq. Çünki veteranlarımız bu torpaqlarda yaşayan hər kəs üçün, yalnız sağlığında deyil, həm də bu sevimli millət Yer üzündə var olduğu müddətdə onlar üçün şərəf və ləyaqət rəmzləridir.

Əbəs deyil ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sabunçu rayonunda şəhid ailələri və müharibə əlilləri üçün nəzərdə tutulan yeni yaşayış kompleksinin açılışında demişdi: «Müharibədən sonra şəhid ailələri ilə, veteranlarla, qazilərlə çoxsaylı görüşlərim olub. Hər bir görüş bir daha xalqımızın böyüklüyünü göstərir. Çünki öz oğlunu, həyat yoldaşını, qardaşını itirmək böyük faciədir. Ancaq bu, xalqımızın iradəsini sarsıtmadı. Biz Mahir kimi qəhrəmanlar hesabına bundan sonra qəhrəman və müzəffər xalq kimi əbədi yaşayacağıq. Yenə də deyirəm, biz Birinci Qarabağ müharibəsini də heç vaxt unutmamalıyıq, şəhidləri unutmamalıyıq»…

Vətənin dar günündə onun səsinə hay verənlərin sırasında Mübariz Mustafayev də vardı. Vətənimizin hər qarışı uğrunda savaşa qatılaraq Şuşa və kəndləri uğrunda gedən döyüşlərdə, Daşaltı əməliyyatında iştirak edib. Mübariz Mustafayevin tərkibində olduğu ilk könüllülərdən ibarət hərbi birlik Kərkicahan qəsəbəsində yerləşərək Xankəndidəki separatçıların rahatlığını əllərindən almışdı. Bu döyüşçülər Qarabağın hər yerində köməksiz qalmış Azərbaycan xalqının yanında olmağa çalışırdılar. Bu bir Müzəffər Ordunun yenidən yaranışıydı. Uzun və tarixi bir yolun başlanğıcıydı. Çətin və şərəfli bir yolun yolçusu olmaq hər kəsə nəsib olmur…

Bu gün haqqında söz açdığımız könüllülərdən biri olmuş Mübariz Mustafayev orduda xidmət etdiyi illər ərzində, özunü nizam və intizamlı hərbçi kimi göstərmişdir. O işlədiyi və xidmət etdiyi dövrlərdə kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün nümunə olmuşdur.

Atəşkəsdən sonra Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) yaranmasında da yaxından iştirak edib. Müxtəlif kollektivlərdə işləsə də döyüş dostlarını və üzvü olduğu Birliyi heç zaman unutmayıb. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) təşkil etdiyi müxtəlif tədbirlərdə iştirak edib və çıxışlar edərək qoyulmuş mövzulara öz münasibətini bildirib. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB), xüsusən hərbi-vətənpərvərliklə bağlı yeniyetmələrlə keçirdiyi tədbirləri daim dəstəkləyərək öz tövsiyyələrini əsirgəməyib.

44 günlük Vətən müharibəsinin başlanmasını Mübariz Mustafayev bütün müharibə veteranları kimi ikiqat həyacan və sevinclə qarşıladı. Məhz bu qalibiyyətli əməliyyatlar sayəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu topraqlarımızı işğaldan azad etdi, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Vətən müharibəsi Azərbaycan xalqının birliyini, yenilməzliyini, əsgər və zabitlərimizin igidliyini, cəsarətini, qəhrəmanlığını bir daha bütün dünyaya göstərdi. Xatırlayırsınızsa, Dövlət Gömrük Komitəsinin əməkdaşları könüllü olaraq əməkhaqlarından Azərbaycan Ordusuna Yardım Fonduna 1 milyon, Yaşat Fonduna 580 min manat vəsait köçürmüşdülər. Komitə tərəfindən Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidmətinə, ümumilikdə dəyəri 7 milyon 600 min manatdan çox qeyri-ərzaq məhsulları, dərman preparatları və tibbi ləvazimatlar təhvil verilmişdi. M. Mustafayev işlədiyi Komitədən etdikləri yardımlardan başqa Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) xəttiylə yaradılmış «Orduya Dəstək» kompaniyasına da qoşularaq cəbhə bölgələrində əsgərlərimizə maddi və mənəvi dəstək olmağa çalışdı. Yralanmış qazilərimizə müalicə olunduqları məkanlarda baş çəkdi.

Mübariz Mustafayevin işğüzarlığı çalışdığı Dövlət Kömrük Komitəsinin müxtəlif medalları, Fəxri fərmanları ilə təltif olunub. Peşə bayramı münasibətiylə Dövlət Gömrük Komitəsinin xidmətdə fərqlənən bir qrup əməkdaşı ölkə rəhbəri tərəfindən təltif edilərkən onların arasında AVMVİB-nin üzvü, müharibə veteranı Mübariz Mustafayev də Prezident tərəfindən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub. Həmçinin fəal müharibə veteranı kimi Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Rəhbərliyi tərəfindən AVMVİB-nin təsis etdiyi Xatirə medallarıyla təltif olunub.

Keşməkeşli bir ömür yolu keçmiş köhnə döyüşçü qardaşımıza uğurlar diləyir və can sağlığı arzulayırıq!

Fedai.az Araşdırma Qrupu

Bu xəbəri paylaşın: