62 İLLİK ŞƏRƏFLİ ÖMÜR  YOLU: TOFİQ ƏLİYEV

   Zəngin təcrübəsi, yüksək peşəkarlığı, humanistliyi, dəqiqliyi, təmkinliyi,nəcib    davranışı,  yüksək,mədəniyyəti,  sadəliyi, səmimiyyəti, vətənpərvərliyi,işgüzarlığı və mənəvi keyfiyyətilə   ilə, seçilən ömrünün  ən məhsuldar dövrünün 13 ildən çox şərəfli xidmət  yolunu hərbi xidmətdə  kecirən   Müharibə Veteranı istefada  olan mayor Əliyev Töfiq İdris oğlunu noyabr ayının 20-də 62 yaşı tamam olur.

 Daimi həyatın bütün sınaqlarından alnıacıq və  üzüağ cıxan mayor Əliyev Töfiq İdrus öğlunu  doğum  gün münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi. səmimi qəlbdən təbrik edir, həyatda ona,  insan üçün ən şirin nemət olan möhkəm can sağlığı  və həyat yollarında bitib – tükənməyən naliyyətlər arzulayır.Arzu edirik ki, Töfiq Əliyevin yaşının üstə gələn bu yaş, ona sevinc dolu illər bəxş etsin,  hər yeni günü isə onu istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.

  İşgüzar, çalışqan, işinə   qətiyyətli, mübariz  keyfiyyətli,dostlara, yaxınlara isti münasibətdə olan, Müharibə Veteranı istefada olan Mayor  Əliyev Töfiq İdris oğlu 1960- cı  ilin   noyabr ayının 20 — də Gədəbəy rayonunun Novo-İvanovka  kəndində  zəhmətkeş ailədə  anadan olub.

      Töfiq İdris oğlu  Əliyev  1977- ci ildə Gədəbəy rayonunun Novo -İvanovka  kənd orta məktəbini,1984-ci ildə  Bakı Səneye Texnikomunu, 1988-ci ildə Q.F.Morozov  adına Voronej  Meşə Texniki Ünverstetini  bitrib.

     Heçkəsi özündən incitməyən,xoş  rəftarı və   və şirin dili ilə hər kəslə doğmalıq  münasibəti yaradan İdris oğlu  Tofiq Əliyev  1979-1981-ci illərdə Sovet ordusunun Gürcüstan Respublikasının Laqodexi rayonunda yerləşən Desant birqadasında bölüyün baş cavuşu (starşına) vəzfəsində müddətli həqiqi hərbi xidmətdə olub.  1981 -1991- ci illərdə Azər Mebel fabrikində mühəndis  vəzifəsində işləyib.  1991- 200 -ci illərdə işə   Daxili İşlər Nazirliyi Daxili Qoşunların Bas İdarəsinin Komendant xidmətinin rəisi vəzifələrində Vətənə Dövlətə və xalqa sədaqətlə xidmət etmişdir .

    O,  Azərbaycan ərazi bütövlüyü  uğrunda  ( Ağdam,Ağdərə,Füzuli və Cəbrayıl rayonları istiqamətində) gedən döyüşlərdə fəal iştirak edərək, ona həvalə edilmiş vəzifə və tapşırıqlarının öhtəsindən layiqincə gəlmişdir.

     Müharibə Veteranı Tofiq İdrus oğlu  Əliyev ,Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kimi göstərmişdir.

      Bacarıqlı, təşkilatcı  və  qayğıkeş insan Töfiq Əliyev  Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, sxavətli, insanpərvər, əliaçıq, zəhmətkeş  zabit kimi göstərmişdir. Tofiq  Əliyev istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəsələrində, istərsə də xidmət etdiyi və çalışdığı mühitdə, dost-tanış ,qohum-əqrəba, qonşu, ünsiyyətdə olduğu həmkarları  arasında özünə layiq hörmət qazanmışdır.

   Xoş  ünsiyyəti və təvazökar ağlı  ilə fəriqlənən İdrus oğlu Tofiq Əliyev  Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyi  Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində,Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə Hərbi   Andın,  Hərbi     və Daxili Qoşunların Döyüş xidməti nizamnamələrinin  və digər hüquqi- normativ aktların  tələblərinə, eləcdə, vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş  xidməti  tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə  bir cox  hərbi qulluqçuları fədakar hərbi xidmətə ruhlandırmışdır.

     O,Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, şəhərdə, yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində baş vermiş kütləvi ixtişaşların qarşlsının alınmasında, Mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə,qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində, Fövqaladə vəziyyət zamanı hüquqi rejim  tədbirlərinin həyata keçirilməsində,  dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə   yerınə yetirmişdir.

     Mayor Əliyev Töfiq İdris oğlu Hərbı xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi-döyüs keyfiyyətləri göstərdiyinə görə, döyüş və ictimai siyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunların Komandanın və onun müavinlərinin, xidmət etdiyi hərbi hissənin komandirinin müvafıq əmrləri bir neçə Medalarla, «Əla xidmətlərə görə döş, yubiley və idman dərəcəsi  nişanı ilə təltif edilib,  fəxrı fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN,TOFİK MÜƏLLİM!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

Azərbaycan Vətən müharibəsi Veteranları İctimai  Birliyi sədrinin hüquq məsələləri üzrə müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: