Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərdə, Əl-Bayt arenasında futbol üzrə XXII dünya çempionatının açılış mərasimini izləyib.
Mərasimdə Ərdoğanla yanaşı Qətər əmiri Şeyx Təmim bin Hamad əs-Sani və digər dövlət, hökumət rəhbərləri iştirak edib.
Qətər-Ekvador matçını izləyən Ərdoğan BMT Baş katibi Antonio Quterreşlə qısa müddətli söhbət edib.
Bundan əlavə, türk liderlə Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman arasında da dialoq baş tutub.
Bu xəbəri paylaşın:
