Daimi həyatın bütün sınaqlarından alınıacıq və üzüağ cıxan Müharibə Veteranı istefada olan Adəm Əsgərovu doğum günü münasibətilə Azərbaycan Vətən müharibəsi Veteranları İctimai Birliyi rəhbərliyi səmimi qəlbdən təbrik edir, ona həyatda insan ücün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayir.
Arzu edirik ki, Adəm Əsgərovun yaşının üstə gələn bu yaş ona sevinc dolu illər bəxş etsin, hər yeni ili isə ötən günlərdən daha gözəl onu istəklərinə uyğun xoşbəxt edəcək şəkildə keçsin.
Deməli allahın bəxş etdiyi ömrü doğru- düzgün yaşamaq, ədalətli xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı,gərəkli olmaq, haqqı- nahaqqa verməmək kimi dəyərlərə sadiq qalmağı bacarmışan.Belə yaşamaq, əlbətdə hər kəsə nəsib olmur.
Yaşayıb-yaşıyıb ömrün yetkin bir mərhələsinə catanda və cevrilib arxada qalan illərə nəzər salanda,xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilərsən,yaşadıqlarına görə təəssüflənmirsən, deməli,ömrün hədər getməyib.


Ömrünün kamillik zirvəsinə gəlib catan insan ömurü cəmiyyətə, elmə,təhsilə,,xeyirxah əməllərə həsr ediləndə mənalı olur, qürür doğurur. Xalq üçün, Vətən ücün, Azərbaycanın ərazisi bütövlüyün təmin edilməsi üçün yaşanan ömur isə əsl insan ömurüdür. Belə insanlardan biridə Daxili işlər Nazirliyi Daxili Qoşunlarında öz dəst- xətt olan, yorulmaz, vətənpərvər, zəhmətkeş baş zabit müharibə veteranı istefada olan Mayor Əsgərov Adəm Abiəli oğludur. Doğumları,yaxınları, dostları,iş və döyüşcu yoldaşları ilə isti münasibətdə olan, Müharibə Veteranı istefada olan Mayor Əsgərov Adəm Abiəli oğlu 1961 -ci ilin noyabr ayının 21 — də Lənkəran rayonunun Zevlə kəndində zəhmətkeş ailədə dünyaya göz açıb. Adəm Əsgərov 1979 — ci ildə Lənkəran rayonun Zevlə kənd orta məktəbi, 1986 — ci ildə SSRİ Daxili İşlər Nazirliyi Daxili Qoşunların Vladikafkazda (Əvvəllər Ordzhonikidzedə) yerləşən Ali Hərbi Komandirlər məktəbini bitirib.O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində, Daxili Qoşunların Bas İdarəsində və hərbi hissələrində kecirlən bir cox metodiki- təlim toplanışlarında, xüsusi- taktiki təlimlərdə,komanda qəragah məşqilərində, seminar və konfranslarda fəal iştirak edib.
Adəm Əsgərov 1980- 1982 ci illərdə, SSRİ Daxili İşlər Nazirliyi Daxili Qoşunların Komi Vilayətində müddətli həqiqi hərbi xidmətdə olub. 1986 — 1991 -ci illərdə, SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Kirov vilayətinin Omutninski şəhərində yerləşən hərbi hissələrində taqım komandiri, böluk komandirinin
müavini vəzifələrində olub.1991 – 1998 – ci illərdə Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Daxili Qoşunların Nizami,
Binəqədi Nərmanov, Ağdam və Füzuli rayonlarında yerləşən Konvoy- Mühafizə, Xüsusi motorlaşdırılmış polis və Əməliyyat (Motoatıcı) təynatlı hərbi hissələrində böluk komandiri, döyüş hazırlığı bölməsının rəisi, Sumqayıt şəhərində yerləşən hərbi hissəində hərbi hissə komandirinin birinci müavini, hərbi hissə komandiri əvəzi, Daxili Qoşunların Baş İdarəsinin döyüş hazırlığı darəsində isə baş zabit vəzifələrində işləyib.
0, Peşəkarlığı və humanistliyi ilə secilən ömrünün ən məhsuldar dövrünün 18- ildən coxunu hərbi xidmətə həsr edərək Vətənə, Dövlətə və xalqa sədaqətlə xidmət etmişdir.

İstefada olan mayor Adəm Abiəli oğlu Əsgərov Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, şəhərdə, yaşayış məntəqələrində və cəzaçəkmə ( islah- əmək) müəssisələrində baş vermiş kütləvi ixtişaşların qarşısının alınmasında, mütəşəkil cinayətkarlığa qarşı mübarizədə, qanunsuz silahlı birləşmiş dəstələrin zərərləşdirilməsində, fövqaladə vəziyyət zamanı hüquqi rejim tədbirlərin həyata keçirilməsində, baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.
Xidmətdə fərqlənməyə görə istefada olan Mayor Əsgərov Adəm Abiəli oğlu SSRİ və Azərbaycan Respublikasının Daxili İşlər Nazirlərinin, Daxili Qoşunlar Komandanlarının, onların müavinlərinin, Daxili Qoşunların Bas İdarəsinin Döyüş Hazırlığı İdarə rəisinin, təhsil aldığı Ali hərbi məktəb rəisinin və xidmət etdiyi Diviziya və hərbi hissə komandirlərinin müvafiq əmrləri ilə bir sira medal və döş nisanları ilə təltif olunub, fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, ADƏM BƏY!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
HEÇ VAXT DƏRD QƏM GÖRMƏYƏSƏN
100 YAŞA, SAĞLAM YAŞA.ALLAH SƏNİ QORUSUN ! AMİN .
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrının hüquqi məsələlər üzrə müavini polkovnik Salman Musayev


