Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Sabunçu rayon şöbəsi tərəfindən noyabr ayının bu həftəsi üçün keçirdikləri və iştirak etdikləri tədbirləri təqdim edib.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Sabunçu rayon şöbəsinin sədri Ramiz Musayev məlumat verib.


Ramiz Musayev bildirib ki, AVMVİB Sabunçu rayon şöbəsinin üzvləri Nardaran qəsəbəsi Mədəniyyət Evində keçirilən tədbirdə iştirak etmiş, qəsəbə veteranları və şəhid ailələri ilə müzakirələr aparmışdır. 17 Noyabr Milli Dirçəliş Günü münasibətiylə Bakıxanov qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında şəhid məzarları ziyarət edilmiş və güllər qoyulmuşdur. Həmçinin rayon veteranları şəhidlərimizin ildönümü mərasimlərində iştirak etmişlər.
Elnur Səlim




