«Dağlıq Qarabağ» beynəlxalq formatda, vasitəçilərin iştirakı ilə Azərbaycanla danışıqlara hazırdır. Qarabağ Xarici İşlər Nazirliyinin rəhbəri David Babayan Azərbaycan prezidentinin Bakının Qarabağ ermənilərinin taleyini Ermənistan hakimiyyəti və ya digər vasitəçilər ilə müzakirə etmək niyyətində olmadığı barədə bəyanatını şərh edərkən qeyd edib: Xankəndi (Stepanakert) Bakının Qarabağda yaşayan ermənilərlə birbaşa əlaqə üçün etdiyi təklifi qəbul etmir.
“Əliyevin dedikləri son təslim olmaqdan başqa bir şey deyil, yəni onlar “təqsirini” dərk etmiş və tövbə edərək ana Azərbaycandan yalvarır ki, onları bağışlasın və onlara sadəcə olaraq Azərbaycan ərazisində yaşamağa icazə versin. Qarabağ onların fikrincə təhlükəsiz olsun, danışıqların fəlsəfəsi budur”, — Babayan “Azadlıq” radiosunun erməni xidmətinə müsahibəsində bildirib.
Buna cavab olaraq «Dağlıq Qarabağ» faktiki olaraq iki ildir fəaliyyət göstərməyən ATƏT-in Minsk Qrupunun formatından istifadə etməyi təklif edir.
“Müəyyən görüşlər ola bilər, lakin təkcə Azərbaycan və Artsax arasında deyil, bu, Azərbaycan, Artsax, Ermənistan, Rusiya, ABŞ, Fransa ola bilər, müxtəlif tərkiblərdə, bu və ya digər yerdə, lakin əlbəttə ki, beynəlxalq səviyyədə tanınmış formatda və bu kimi görüşlər ola bilər. Bu, Minsk Qrupunun formatıdır”.
Bu arada Azərbaycan lideri şərt qoyub: o, nəinki heç bir vasitəçi ilə, hətta Qarabağa köçüb dövlət naziri postunu tutan rusiyalı milyarder Ruben Vardanyanla da danışıqlar aparmayacaq.
“Bakı Moskvanın göndərdiyi Vardanyanla yox, Qarabağ erməniləri ilə dialoq aparır, Qarabağ ermənilərinin məsələsi sülh müqaviləsinə daxil edilməyəcək, xarici qüvvələr olmasa, bu proses daha dinamik gedəcək. O, Moskvadan çox aydın gündəmlə göndərilib”, — Əliyev xüsusilə qeyd edib.
Vardanyan cavabında Rusiya vətəndaşlığından imtina etdiyini xatırladıb və faktiki olaraq Xankəndi (Stepanakert) adından danışıqlara hazır olduğunu bildirib: “Hesab edirəm ki, mən cənab Əliyevin irəli sürdüyü danışıqlarçı kriteriyasına tam əməl edirəm: “Qarabağda yaşayır və orada yaşamaq istəyir”.
Xarici işlər naziri David Babayanın sözlərinə görə, danışıqlar formatı olmadığından onlar kimin danışıqlar aparacağını da müzakirə etməyiblər.
Vardanyanın danışıqlara getməyə hazır olduğunu bildirməsi və Qarabağda hakimiyyətin ötürülməsi ehtimalı ilə bağlı təklifə cavab olaraq xarici siyasət idarəsinin rəhbəri qeyd edib: “Bizim aydın konsepsiyamız var ki, dəyişməyib. Kimin hansı vəzifədə olmasından asılı olmayaraq, yuxarıda qeyd etdiyimiz fəlsəfə və format qorunsa, danışıqlara hazırıq. İndi cənab Vardanyan dövlət naziridir, bizim prezidentimiz var — dövlət başçısı”.
Mənbə: epress.am
P.S. 30 il özlərini qalib sayan bu quldur tör-töküntüsünü danışıqlarda tərəf kimi qəbul etməyən rəsmi Bakı, güya bu axmaqların təklifiylə güclü olduğu bir vaxtda onları tərəf kimi qəbul edəcəyini gözləmələri erməni axmaqlığından qeyri bir şey deyil…
