ŞƏRƏFLİ ZABİT ÖMRÜ: PİRZADƏ BƏYBALAYEV — 61

      Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi müharibə veteranı, ehtiyatda olan mayor Pirzadə Bəylər oğlu  Bəybalayevi doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, ailə səadəti  və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayır.

    Arzu edirik ki, Pirzadə Bəybalayevin  yaşının üstə gələn bu yaş ona, sevinc dolu illər  bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin!

Hər kəs həyatda ömür payı yaşayır.Xoşbəxt o  insandır ki,adı ünvanı el, işlədiyi kolektiv arasında hörmətlə çəkilir,  bircə  dəfə  verilən ömrü elə yaşayır ki,el sevgisi qazanır. Xalqın,  işlədiyi kollektivin  istəklərinə çevrilir,  hamı böyüklu — kiçikli xətir hörmətini saxlayır.

Həmin insanların ömürlərindən çoxlarının  ömürünə işiq düşür. Bir dəki,ömür  o vaxt qiymətli və  dəyərli olur ki, o mənalı yaşanır. Həmin ömur insanlığa xidmətə  yönəldilir, bəşəriyyətə, ailəyə,cəmiyyətə xidmət edir. Belə ömur yaşyan ınsanlardan  biri də Bəybalayevin Pirzadə Bəylər oğludür

 Zəngin təcrübəsi,yüksək peşəkarlığı  ilə   öhtəsinə  düsən vəzifələri və  ona həvalə olunan  çoxşaxəli  işləri həmişə yerinə  yetirən İstefada  olan mayor Bəybalayev Pirzadə Bəylər oğlu  22 noyabr 1961-ci ildə Quba rayonun Alekseyevka kəndində zəhmətkeş ailədə  anadan olub.

    Peşəkarlığı, hümanistliyi, səmimiyyəti,təvazökarlığı  ilə hər kəsin, dostlarının və  yaxınlarının yanında olan Pirzadə  Bəylər oğlu Bəybalayev  1976-cı ildə Quba rayonunun Alekseyevka kənd orta məktəbini, 1980-ci ildə,»Şərəf Ordenli  Quba Savxoz texnikomunu , 1992-ci ildə Dağıstan Respublikasının Politexnik İnstitutunun Avtomobillərin istismarı və təmiri fakultəsini bitirib.O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində , Daxili Qoşunların Baş İdarəsində, Ali hərbi məktəbində  və hərbi hissələrində kecirlən bir cox metodiki -təlim toplanışlarda, müvafiq ixtisas artırma kurslarında  Xüsusi- taktiki təlimlərdə, seminar və konfranslarda fəal iştirak edib.

  İctimai işlərdə fədakarlıq göstərən,  dostlara,hərbici, döyüşcu yoldaşları na,yaxınlarına isti münasibətdə olan hörmətli   müharibə veteranmız,Bəylər  oğlu Pirzadə Bəybalayev  1980-1983-cü illərdə SSRİ Müdafiə Nazirliyinin Sakit Okianda yerləşən Hərbi Dəniz Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olub.

      O, 1986- 1993 cü illərdə Elektorata zavodunda daha sonra Dövlət Plan komitəsinin «Kvand » Elm İstehsalat birliyində baş direktorun müavini vəzifəsində işləyib.

     1993- 2009 -cu illərdə Daxili İşlər Nazirliyi Daxili Daxili  Qoşunların Baş İdarəsinin Nərimanov, Xəzər,  Binəqədi, Xətai rayonlarında yerləşən hərbi hissələrində və ali hərbi məktəbində taqım komandiri, böluk komandiri, Avtomobil və zirehli texnika xidmətinin rəisi, Avtomobil  və zirehli teknikanın təmiri bazasının rəisi, Mənzil -istismar xidməti rəisi, Daxili Qoşunların Bas İdarəsinin Maddi-texniki  təminat idarəsinidə isə  müvafiq vəzifədə xidmət etmişdir, 2009-2016-ci illərdə  Hərbiləşdirilmiş Mühafizə idərəsində çalışmışdır.Pirzadə 2016  -cı ildən  “Pirzadə Məhdud Məsuliyyəti Cəmiyyətində» Məşğulluq təsnifatı  üzrə Direktor vəzifəsində işləyir.

   Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasında şəhərdə, yaşayış məntəqələrində, cəzaçəkmə müəssisələrində baş vermiş  kütləvi ixtşaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, fövqaladə vəziyyət zamanı hüquqi rejim karantin tədbirlərinin həyata keçirilməsində, dövlətin ərazi  bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyətlə və şərəf hissi ilə yerınə yetirmişdir.

      O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbici kımı göstərmişdir. Pirzadə Bəybalayev  istər  oxuduğu orta  və ali təhsil  müəssisələrində,xidmət etdiyi və çalışdığı mühitdə, istərsədə,dost-tanış  qohum-əqrəba, qonşu arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün  nümunə olmuşdur.

      Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, Hərbi Andın və hərbi nizamnamələrin, Daxili Qoşunların Döyüş xidməti nizamnaməsinin  tələblərinin yerinə yetirilməsində bir cox hərbi qulluqçulara şəxsi nümunə olaraq Vətənə Dövlətə və xalqa sədaqətlə xidmət etmişdir.

    Mayor Bəybalayev Pirzadə Bəylər oğlu Xidmətdə fəriqləndiyinə görə  Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın  və onun müavinlərinin, Alı Hərbi Məktəb rəisinin, hərbi hissə komandirlərinin müvafiq əmrləri  “əla xidmətlərə görə” döş və yubiley nişanları ilə, fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb, ona təşəkkür elan edilib,SSRI Ali Soveti və Azərbaycan Respublikasının Prezidenti adından isə aşağıdakı medalarla təltif edilib:     

1.Silahlı Qüvvələrinin yaranmasının 70-iliy  yubiley medalı ilə;  

2. Silahlı Qüvvələrin yaranmasının   10-illiyi yubiley medalı ilə; 

 3.Silahlı Qüvvələrin yaranmasının 90 illiyi yubiley medalı ilə;                    

4.”Qüsursuz xidmətə görə » 1-ci,    dərəcəli medal ilə;   

5.“Qüsursuz Xidmətə görə” 2 -ci dərəcəli medal ilə;

6.”Qüsursuz Xidmətə görə”  3 dərəcəli medal ilə.  

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, PİRZADƏ!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

DAİMA XOŞBƏXT  VƏ SAĞLAM YAŞA.  

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Sədrinin hüquqi məsələlər üzrə müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: