Ərdoğan son əməliyyatdan danışdı

Türkiyə Silahlı Qüvvələrinin son əməliyyatları ilə bağlı ABŞ və Rusiya prezidentləri ilə danışmamışam.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə liderinin sözlərinə görə, Bayden və Putin artıq bilirlər ki, Türkiyə bu regionda istənilən vaxt belə əməliyyatlar keçirə bilər:

«Həmişə deyirik ki, bir gecə qəfildən gələ bilərik. Biz icazə ilə çalışmırıq. Əgər bir addım atacağıqsa, ona özümüz qərar veririk və həmin addımı atırıq. ABŞ bu məsələlərdə bizi tanımalıdır və yəqin tanıyır. Bu yöndə necə qətiyyətlə və daha mühüm addımlar atacağımızı hamı görəcək”.

Bu xəbəri paylaşın: