«Cüt bacılar» ekstradisiyada razılaşmadılar…

Fransa rəsmiləri Zəngəzur vilayətinin keçmiş qubernatoru Surik Xaçatryanı Ermənistana ekstradisiya etməkdən imtina edib.

Bu barədə Ermənistanın Baş Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, istintaq zamanı Xaçatryanın Fransada olması müəyyən edilib. Bunun ardınca onun ekstradisiya olunması barədə rəsmi Parisə müraciət göndərilib. Lakin Fransa Ermənistanın müraciətini rədd edib.

S.Xaçatryana qarşı 2019-cu ildə ittiham irəli sürülüb və o, axtarışa verilib. Keçmiş qubernator vəzifə öhdəliklərindən sui-istifadədə və vəzifəsi ilə bağlı saxtakarlıqda ittiham olunur.

Bu xəbəri paylaşın: