ŞƏRƏFLƏ YAŞANAN ZABİT ÖMÜRÜ: KAMİL  QURBANOV — 49

Yüksək peşəkarlığ, humanistliyi, sadəliyi, səmimiyyəti ,dəqiqliyi, təmkinliyi, dərin zəkası, təşkilatclıq bacarığı,insanpərvərliyi, mənəvi və işgüzar keyfiyyəti ilə, seçilən ömürünün 24 ildən cox şərəfli xidmət yolunu Daxili İşlər Nazirliyi Daxili Qoşunların Nərimanov, Ağdam, Füzuli, Xətai, Zaqatala rayonlarında və Gəncə şəhərində yerləşən hərbi hissələrində keçirən müharibə veteranı ehtiyatda olan mayor Qurbanov Kamil Cvanşir oğlunun 27 noyabrda 49 yaşı tamam olur.
Daimi həyatın bütün çətinliklərindən alınıacıq və üzüağ çıxan Müharibə Veteranı ehtiyatda olan mayor Kamil Cavanşir oğlu Qurbanovu doğum günü münasibətilə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi, səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan, möhkəm can sağlığı, ailə səadəti və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzulayır.
Arzu edirik ki, Kamli Qurbanovun yaşının üstə gələn bu yaş ona, sevinc dolu günlər bəxş etsin və hər yeni ili isə ötən ildən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin.

Heç kəsi özndən incitməyən, əksinə, xoş və səmimi rəftarı və şirin dili ilə hər kəslə doğmalıq yaradan, müharibə veteranı ehtiyatda olan mayor Qurbanov Kamil Cavanşir oğlu 27 noyabr 1973- cü ildə Bərdə rayonun Böyük Qacar kəndində zəhmətkeş ailədə dünyaya göz açıb.
Vətəni, Xalqı üçün şücaətlə vuruşan, Kamil Qurbanov Bərdə rayonun Böyük Qacar kənd orta məktəbini, Aqrar və Ekologiya İnstitutunu, Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını və Daxılı Qoşunların hərbi məktəbini bitirib və xarici ölkələrin təhsil müəssisələrində təşkil olunan bir sıra kurslarda olub. Kamil Qurbanov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Bas İdarəsində və hərbi hissələrində kecirlən, xüsusi-taktiki təlimlərdə metodiki-təlim toplanışlarda, seminar və konfranslarda fəal iştirak etmişdir.
Qayğıkeş, təvazökar insan, Kamil Cavanşir oğlu Qurbanov 1992-2016-cı illərdə Daxili Qoşunların Baş İdarəsinin Nərimanov, Ağdam, Füzuli, Xətai, Zaqatala rayonlarında və Gəncə şəhərində yerləşən hərbi hissələrində müddətli həqiqi hərbi xidmətdə əsgər, Mühəndis İstehkam bölüyün baş cavuşu, Əlahiddə taqım komandiri, Mühəndis və Kimya xidmət rəisi, Xüsusi Vasitələrin Tətbiqi Dəstə komandirinin müavini-qərargah rəisi vəzifələrində Vətənə Dövlətə və xalqa sədaqətlə xidmət etmişdir.
Çalışqan, işgüzar, işinə qətiyyətli, mübariz keyfiyyətli, ictimai işlərdə fədakarlıq göstərən, Qurbanov Kamil Cavanşir oğlu 2016 ci ildən etibarən, TİENS şirkətində qrup rəhbəri vəzifəsində işləyir.
Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kımı göstərmişdir. O işlədiyi və oxuduğu təhsil müəssisələrində, yaşadığı ərazidə kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün nümunə olmuşdur.
Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasında, şəhərdə və yaşayış məntəqələrində bsş vermiş kütləvi ixtişaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, qanunsuz silahlı dəstələrin zərərsizləşdirilməsində, fövqaladə vəziyyət zamanı hüquqi rejim tədbirlərinin həyata keçirilməsində, dövlətin ərazi bütövlüyünün təmin edilməsində, üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmişdir.
Əsli vətəndaşlıq çnövqeyi ılə secilən, Kamil Qurbanov qorxmaz insanpərvər, saxavətli, əliaçıq, zəhmətkeş hərbçi olmuşdur. Kamil Qurbanov istər, yaşadığı ərazidə, təhsil aldığı orta və ali təhsil müəssisələrində, istərsə də xidmət etdiyi və işlədiyi kolektivlərdə, dost -tanış və qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.
O,Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl etməkdə, Hərbi Andın, Hərbi və Daxili Qoşunların Döyüş xidməti nizamnamələrin tələblərinin yerinə yetirilməsində tabeçiliyində olanlar üçün nümunə olmuşdur.
Hər ili hərbi hissələrdə və əlahiddə bölmələrdə keçirilən təftiş, yekun, təlim (kompleks) və ümumi yoxlamaların nəticələrinə görə Kamil Cavanşir oğlu Qurbanovun komandir olduğu əlahiddə taqım Daxili Qoşunları üzrə birinci yeri tutduğu üçün Daxili Qoşunlar Komandanın və hərbi hissə komandirlərinin əmri ilə müvafiq diplomlarla , fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyasi hazırlığında,hərbi intizamın möhkəmləndirilməsində, yüksək nəticələrə nail olduğuna, nümunəvi xidmətinə eləcədə hərbi vəzifələrinin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına görə, Dxili İşlər Nazirinin və Daxili Qosunlar komandanın müvafiq əmrləri ilə Əla xidmətlərə görə döş və yubiley nişanları ilə, Azərbaycan Respublikasının Prezidenti adından isə Daxili İşlər Nazirliyinin müvafiq əmrləri ilə «Qüsursuz xidmətlərə görə 1ci, 2-ci və 3-cü dərəcəli, «Silahlı Qüvvələrinin yaranmasının isə 10-iliyi, 90-illiyi və 95-iliyi medalları ilə təltif edilib
Azərbaycan Respublikasının Prezidentinin 11 mart 2008 ci il tarixli sərəncamı ilə mayor Qurbanov Kamil Cavanşir oğlu «HƏRBİ XİDMƏTLƏRƏ GÖRƏ» medalı ilə təltif olunub.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN. KAMİL BƏY! BÜTÜN ARZULARIN ÇİN OLSUN! HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN! ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN! DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin hüquqi məsələlər üzrə müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: