Qarabağ Veteranı Kərimov Abdulxalıq Saleh oğlunu dərin hörmətlə anırıq

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Rəhbərliyi Fedai.az və Veteran.az kollektivi Kərimov Abdulxalıq Saleh oğlunu dərin hörmətlə anır və mərhumun yaxınlarına səbr diləyirlər.

Məkanı cənnət olsun!

Allah rəhmət eləsin!

Kərimov Abdulxalıq Saleh oğlu 3 avqust 1959-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1966-1976-cı illərdə 51 nömrəli məktəbdə təhsil almışdı. 1986-cı illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitunun bitirmişdir.. 1978-1980-cı illərdə hərbi xidmətdə olmuş, müxtəlif kurslar keçmiş, tapşırıqlarda iştirak etmişdir. Xidmətdə fərqləndiyinə görə Sovet Ordusunun Əlaçısı yaxa nişanı ilə təltif edilmiş, ehtiyyata buraxıldıqdan sonra müxtəlif illərdə xidmətə çağrılmışdır. 1976-cı ildə Xəzər Dəniz Neft Donanmasında (XDND) Energetika bölməsində birinci dərəcəli işçi vəzifəsində əmək fəaliyyətinə başlamışdır. Müxtəlif illərdə Geologiya İstitunda laborant, XDND-də neft-qaz quyularının kəşfiyyat-qazma mütəxəssisi, Mülki Müdafiə Qərargahının rəisi və s. vəzifələrində çalışmışdır. 1991-ci ildə ailə qurmuş və 3 övladı vardır. 1-ci Qarabağ müharibəsinin başlaması ilə əlaqədar olaraq 1992-ci ildən könüllü olaraq vətənin müdafiəsinə yollanmış, N saylı hərbi hissədə batalyonun komandiri, qərargah rəisi olaraq Cəbrayıl, Füzüli istiqamətlərində döyüşlərdə iştirak etmişdir. Müharibədən sonra müxtəlif illərdə Səbail rayon veteranlar şurasının sədri, sərd-müavini və “Veteran-99 İstehsalat Kommersiya firmasının direktoru vəzifəsini icra etmişdir. KHVTİC, YAP Azərbaycan ,Vətən Müharibəsi Veteranlar Birliyi və s. tərəfindən ictimai-siyasi fəaliyyətinə, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasında yaxından iştirak etdiyinə görə Fəxri Fərmanla təltif edilmişdir. 

 2020-ci ildən Xərçəng xəstəliyindən əziyyət çəkmiş və 2 yanvar 2023-cü ildə vəfat etmişdir.

Bu xəbəri paylaşın: