Füzuli Rzaquliyev :”20 Yanvar xalqımızın azadlıq səsinin ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir”

20 Yanvar faciəsi təkcə Ümumxalq Hüzn Günü deyil, eyni zamanda, öz azadlığına və müstəqilliyinə can atan xalqımızın mübarizliyini və məğrurluğunu nümayiş etdirən bir qəhrəmanlıq tarixi kimi qeyd olunur. 1990-cı il yanvarın 20-də sovet rəhbərliyinin göstərişi ilə Azərbaycanda azadlıq uğrunda mübarizəyə qalxmış dinc insanlara qarşı həyata keçirilmiş terror aktı dəhşətli bir cinayətdir. O qanlı faciə göstərdi ki, xalqımız milli istiqlal və dövlətçilik ideyalarına sıx bağlıdır.
 Sayıtımıza verdiyi açıqlamasında bu sözləri Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədri  Füzuli Rzaquliyev deyib.
Füzuli Rzaquliyev   qeyd etdi ki, 20 Yanvar uzun illər sovet imperiyasının əsarətində yaşamış xalqımızın azadlıq səsinin ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Məhz bunun nəticəsində uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşduq.

20 Yanvar” əməlinə etiraz edən Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının başına gətirilən qanlı faciənin ilk siyasi-hüquqi qiymətini verdiyini xüsusi vurğuladı. 

Qazi və qazi atası F.Rzaquliyev Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbədən söz açaraq , bu gün Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan bütün dünyada qalib dövlət, xalqımız isə məğrur xalq kimi tanındığını bildirdi.
Bu xəbəri paylaşın: