Mənalı və şərəfli   ömür yolu: Vaqif Əliyev- 67

Hər kəs həyatda ötən ömur  paynı  yaşayır.Xoşbəx o  insandır ki,  adı  ünvanı, el, işlədiyi kollektiv arasında hörmətlə çəkilir, bircə dəfə verilən ömrü elə yaşayır ki, el  sevgisi qazanır, xalqın,işlədiyi kollektivin istəklisinə çevrilir, hamı böyüklü- kiçikli xətir hörmətini saxlayır.                                                 

           Həmin  insanların ömrürlərindən  çoxlarının ömürünə işiq düşür.Birdə  ki, ömür o vaxt qiymətli və dəyərli olur ki, o  mənalı yaşanır. Həmin ömür   insanlarıda   xidmətə yönəldilir,  bəşəriyyətə,ailəyə, cəmiyyətə xidmət edir. Belə ömür yaşayan insanlardan     biridə ,  Daxili İşlər Orqanlarında və Daxili Qoşunlarda öz – dəsti xətti olan, dərin zəkası və gözəl nitqi qabiliyyəti ilə secilən Silahlı Qüvvələr və   Müharibə Veteranı  istefada olan polkovnik-   leytenant Əliyev Vaqif Nəsir oğludur.Yanvar  ayının 25 — də onun  67 yaşı tamam olur.  

     Daimi həyatın bütün çətinliklərindən  alınıacıq və üzüağ  cıxan  Müharibə Veteranı  istefada olan  polkovnik — leytenat Əliyev Vaqif Nəsir  oğlunu doğum günü münasibətilə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi, Daxili Qoşunların Hərbi vəzifəliləri, səmimi qəlbdən  təbrik edir,həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və  həyat yollarinda bitib — tükənməyən nailiyyətlər arzulayır.

 Arzu edirik,  Vaqif Nəsir oğlu Əliyevin yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin, hər yeni ili isə ötən illərdən daha gözəl istəklərinə uyğun xoşbəxt edəcək şəkildə keçsin .

 Bu  gün əsli  vətəndaşlıq  mövqeyi ilə secilən,  Müharibə və Silahll Quvvələr Veteranı istefada olan polkovnik- leytenat Əliyev Vaqif Nəsur oğlu  1956 cı ilin yanvar ayının 25- də Ağstafa   rayonun Həsənsu kəndində zəhmətkeş ailədə anadan olub.1972   -ci   ildə Ağstafa  Həsənsu kənd orta məktəbi,1976 – cı ildə isə SSRİ Daxili İşlər Nazirliyinin  Odessa vilayətində yerləşən Ali milis məktəbini  bitirib. O,Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində,  Daxili Qoşunların Bas İdarəsində və hərbi hissələrində kecirlən, bir cox təlim- metodiki toplanışlarda, xüsusi- taktiki təlimlərdə, nümnəvi- göstərici məşğələlərdə, komanda-qərargah məşqində, seminar və konfranslarda fəal iştirak edib.

İşgüzar,  çalışqan  , işinə  qətiyyətli, mübariz   keyfiyyətli   olan ,  Vaqif Əliyev 1974 1976-ci illərdə  Sovet Ordusunda müddətli həqiqi hərbi xidmətdə olub. 1976- 1993 -cü ilərdə  Daxili İşlər Nazirliyinin  Odessa vilayətində  yerləşən milis şöbələrində və idarələrində  müxtəlif vəzifələrdə işləyib.  

Vətənimizə, möhtərəm Prezidentimizə sədaqəti ilə secilən,zəngin təcrübəyə malik olan,sadəliyi, işgüzarlığı ilə öhtəsinə düşən vəzifəni məsuliyyətlə yerinə yetirən Vaqif Əliyev 1993 -2009 -cu illərdə  Daxili İşlər Nazirliyi Daxili Qoşunların   Sumqayıt şəhərində, Binəqədi və Nərmanov rayonlarında  yerləşən hərbi hissələrində   hərbi hissə komandirinin  hüquq işlər üzrə baş  köməkçisi ,  Daxili Qoşunların Bas İdarəsinin  İnispeksiyasında isə  inspektor    vəzifələrində   Vətənə, Dövlətə, Xalqa sədaqətlə xidmət edib.

     Hər    kəsi özündən incitməyən, xoş  rəftarı və şirin dili   ilə hər bir kəslə  doğmalıq, yoldaşlıq münasibətləri   yaradan, Vaqif Nəsir oğlu Əliyev   Daxili işlər Nazirliyi Daxili Qoşunlarından  Silahlı Qüvvələrə ehtiyata buraxılandan sonra,  2009- 2016-  ci illərdə Zakatala “Simurq”  futbol  kulubun hüquqşunası, icracı direktoru və klubun prezidentinin müşaviri, 2009 — 2017 ci illərdə isə 3 dəfə Azərbaycan çepionu olan Şəmkir futbol klubunun idman direktoru vəzifələrində  işləyərək, ona həvalə  edilmiş vəzifə və tapşıqıqları ləyaqətlə yernə yetirmişdir.

            O,Daxili İşlər Orqanlarında və Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində  özünü qoruxmaz, saxavətli,əliacıq, zəhmətkeş zabit kimi   göstərmişdir. Vaqif orta və ali təhsil müəssisələrində   təhsil aldığı illərdə, istərsədə   xidmət etdiyi və işlədiyi mühütdə,isərsədə  dost- tanış, qohum- əqraba, qonşu arasında   daımı öünə layiq hörmət qazanmışdır.    Yüksək peşəkarlığı, humanistliyi, vətənpərvərliyi, sadəliyi,  səmimiyyəti, dəqiqliyi, təmkinliyi, dəqiqliyi, insanpərvərliyi ilə  saylıb    seçilən istefada olan polkovnik- leytenat Vaqif Əliyev şərəfli ömrünün  ən məhsuldar dövrünün 25  ildən   cox şərəfli xidmət  yolunu Daxili işlər orqanlarında və hərbi xidmətdə, 8 illini isə “Simurq və Şəmkir futbol  klublarında kecirib.

     Yorulmaz, xeyirxah,təşkilatcı və qayğıkeş insan,  Vaqif Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda (Ağdam, Ağdərə və Füzuli rayonları istiqamətində )gedən döyüşlərdə  iştirak edərək, ona həvalə edilmiş vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir

    İctimai işlərdə fədakarlıq göstərən, dostlarna, yaxınlarına, xidmət etdiyi , işlədiyi  iş  və döyüşcu yoldaşlarına  isti münasibəti  olan,    polkovnik leytenat Əliyev Vaqif Nəsir oğlu,Daxili İşlər orqanlarında və Daxili Qoşnlarda xidmət etdiyi müddətdə şəxsən Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına, Hərbi Andın, Hərbi və Daxili Qoşunların Döyüş xidməti nizamnamələrinin  tələblərinə və vəzifə borcuna əməl etməkdə, verilən tapşırıq və sərancamları dəqiq və vaxtında yerinə yetirməkdə bir çox polis əməkdaşları və hərbi qulluqçular ücün şəxsi nümnə olmuşdur.

             Harada hansı vəzifədə çalışmasından   asılı  olmayaraq ,  kollektivin daimi rəğbətini qazanmış  Vaqif Nəsir oğlu Əliyev   Daxili işlər orqanlarında və Daxili Qoşunlarda xidmət etdiyi   iiər ərzində , cinayətkarlığa qarşı mübarizədə, ictimai əsayişin qorunmasında və təmin edilməsində,  şəhərdə,yaşayış məntəqələrində,cəzaçəkmə müəssisələrində baş  vermiş kütləvi ixtişaşların qarşısının alınmasında,  fövqaladə vəziyyət zamanı hüquqi rejim tədbirlərinin həyata keçirilməsində, baş vermiş təbii fəlakətlərin və yanğın hadisələrinin   qarşısının alınmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.

  Geniş iş təcrübəsi   və  işgüzarlığı ilə secilən,  Silahlı Qüvvələr və Müharibə Veteranı Vaqif Nəsir oğlu Əliyev  Daxili Qoşunların Baş İdarəsinində və hərbi hissələrində xidmət edərkən bir çox komissiyanın, kompleks və məqsədli qrupların, inispeksiya yoxlamaların tərkibində olarkən öz səmərəli fəaliyyəti ilə, təcürbəsi ilə, mənəvi və işgüzar keyfiyyəti ilə Daxili Qosunlar komandanlığının daimi diqqət mərkəzində olmuşdur.

    Nəcib  davranışa və yüksək mədəniyyətə    malik olan,  polkovnik   leytenat Əliyev Vaqif Nəsir  oğlu  Hərbi və milis xidməti vəzifələrinin  yerinə yetirilməsində xüsusi fəriqləndiyinə görə, Daxili İşlər  Nazirinin, Daxli Qoşunlar Komandanın və onun müavinlərinin,  və xidmət etdiyi hərbi hissənin komandiri tərəfindən “Əla” Xidmətlərə Görə döş və yubiley nişanları ilə,    bir cox fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb, mukafat qaydasında  tutduğu ştat vəzifəsi ücün nəzərdə  tutulmuş hərbi rütbədən bir pillə  yuxarı hərbi rütbəyə layıq görülüb və ona təşəkkür elan edilib.  

                    Alicənablığı, səmimiyyəti  və  təvazökarlığı  ilə secilən, dostlarının və yaxınlarının etibarını qazanan,  Vaqif Əliyev    Dövlətin ərazi bütövlüyünün təmin olunmasında   fəal iştirak etdiyinə, döyüş zamanı igidlik  göstərdiyinə, öz xidməti vəzifələrini  və  hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə   Azərbaycan can Respublikasının Prezidenti adından  Daxili İşlər Nazirinin  müaviq    əmrlərnə əsasən, aşağıdakı  medalarla təltif olunb :

  -«Silahlı Qüvvələr Veteranı” medalı ilə;

  -“ Qusursuz Xidmətlərə Görə “ 1  dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 20 il Qusursuz Xidmətlərə görə ;

   -» Qusursuz Xidmətlərə Görə “ 2 dərəcəli medal ilə- Silahlı Qüvvələrdə  15 il Qusursuz Xidmətlərə görə;

   -«Qusursuz Xidmələrə Görə” 3  dərəcəli medal ilə- Silahlı Qüvvələrdə  10 il Qusursuz Xidmətlərə görə;

   -«Silahlı Qüvvələr yaranmasının “ ( 1991-2001)  10  illiyi  yubiley medalı ilə;

» Silahlı Qüvvələrin yaranmasının “  ( 1918- 2008) 90 illiyi yubiley medalı ilə

 BÜTÜN GÖZƏL NƏ VARSA SƏNİN OLSUN  Vaqif   Bəy !

                                                            100  YAŞA, SAĞLAM YAŞA!

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi  sədrinin hüquqi məsələlər üzrə müavini  polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: