Niyazi Quliyev :“Daşaltı əməliyatı”, daşın altında qalan sirlər…!

“Daşaltı əməliyyatı”ndan 31 il keçir. Lakin bu əməliyyat haqqında müəmmalara indiyədək aydınlıq gətirilmir. 1992-ci il yanvarın 26-da Daşaltı əməliyyatında iştirak edən, Azərbaycanın ilk Milli Ordusu (Şıxov taburu), Xüsusi Təyinatlı Dəstənin (Riyad Əhmədov), Şuşa Özünümüdafiə Dəstəsinin bir qismi, bu ordu birləşmələri Daşaltı əməliyyatına qədər bir neçə döyüşlərdə iştirak etmişdilər (həmin əməliyyatda iştirak edən əsgər və zabitlər Sovet Ordusunda əsgəri xidmət keçmiş, bir çoxları isə Əfqanıstanda qulluq etmişdilər). Daşaltı əməliyyatı haqqında söhbətlər əhali arasında hələ 23 yanvar 1992-ci ildə bazarda danışırdılar ki, «Milli Ordu 25 yanvarda Daşaltıya hücum edəcək» (bir tağımda olduğum Mehtiyev Əlibala ilə birlikdəydik) və bu haqda tağım komandirimiz Nəriman Zeynalova məlumat verdik.

O, bu məlumatı Müdafiə Naziri Tacəddin Mehdiyevə, komandir birqadanı (Zadir Rzayev bu əməliyyatın keçirilməsinə qarşı olduğu üçün əməliyyatdan uzaqlaşdırılmışdır) əvəz edən Nurəddin Abdullayevə bildirsə də, onlar hücümun və əməliyyatın məxfiliyi qorunmadığı halda heç bir tədbir görmədilər, əməliyyat planı olduğu kimi saxlanıldı. Bakı şəhərində Milli Ordunun məhv edilməsi, Azərbaycan xalqının döyüşmək qabliyyətinin olmadığını, xalqın gözünün qorxudulması məqsədi ilə, heç bir əhəmiyyəti olmayan bir kəndə hücum olundu, hansı ki, bir tağımla həmin kəndi daim nəzarətdə saxlamaq olardı.

Lakin, ordu verilən əmrə tabe olaraq 25-26 yanvar tarixində Daşaltı kəndinə hücum etdi və həmin əməliyyatdan məlumatlı olan düşmənin hazırlıqlı olmasına baxmayaraq , əsgər və zabitlərimiz əsl igidlik səlnaməsi yazdılar, o döyüşlərdə düşmənin 80-dən çox yaraqlısı məhv edildi.Həmin döyüşdə şəhid və itgin düşmüş əsgər və zabit yoldaşlarımızın igidliklə döyüşdüyü haqqında bir neçə faktları qeyd etmək istəyirəm , onlar düşmənlə axrıncı mərmiləri qurtaranadək döyüşmüşlər. O cümlədən düşmənə təslim olmamaq üçün özlərini və düşməni qumbara ilə partlatmışlar (Bayramov Kamil, Cəfərov Zaur, Soltanov Kazım…). Mənimlə birlikdə döyüşdə olmuş şəhid Nuriyev Rafiq, itkin düşmüş Priyev Ehtiram kimi bu gün adlarını qeyd etmədiyim əsgər və zabitlərimiz igidliklə döyüşmüşlər.

Sonradan aparılan araşdırmalar zamanı Daşaltı əməliyyatında 34 nəfərin itgin və şəhid olduğu bildirilirdi. Lakin çox təssüflər olsun ki, həmin siyahı (tam olmayaraq) aşağıda qeyd ediləndir.Bu illər ərzində bir sevindirici hal yaşandı ki, adı şəhidlər siyahısında olan Bünyadzadə Ərəstun Mehdi oğlu, Xudayev Çingiz Elman oğlu və Hüseynov Ramizin sağ olduğu 2015-ci ildə məlum oldu və o, hal hazırda Goranboy rayonunda yaşayır.

1992-ci il yanvarın 26-da “Daşaltı əməliyyatı”nda şəhid olmuş, itkin düşmüş əsgər və zabitlərin tam olmayan siyahısı.

Şıxov Taburu

1.Abbasov Məhərrəm Abbas

2.Abdullayev Azad Yasir

3. Abdullayev Nurəli Hacıbala

4.Abdullayev Ramin Həbib

5. Ağayev Yusif Balasər

6.Ağayev Rafiq Qəzənfər

7.Bayramov Kamil Canbala

8.Bayramov Vaqif Pirəli

9.Bayramov Orxan Rauf

10.Cəfərov Zaur Firuddin

11.Camalov Elman Hüseyn

12.Cavadov Abbas Şəms

13.Cəbrayilov Həmid Yaşar

14. Dremaçon Vladimir Vasiliyeviç

15. Əmirov Rəfail Mənsur

16.Əliyev Bəkir İsa

17.Əliyev Hidayət Məcid

18.Əhmədov İmamqulu Soltan

19.Əlizadə Faiq Əbdülhüseyn

20.Əliyev Ağabala Mirzəbala

21.Əlicanov Baxış Məmməd

22.Fətəliyev Abbas Ağahüseyn

23.Abbasov Adil Xasay

24.Hüseynov Gülverdi Ağahüseyn

25.Həsənquliyev Şirindil Cavad

26.Hacıbabayev Tofiq Arif

27.Həsənov Sədrəddin Qardaşxan

28.Həsənov Sərxan Altay

29. Xəlilov Rövşən Allahverdi

30. Xudayev Füzuli Cəmil

31. İbrahimov Cavanşir Zeynal

32. İbadov Şirzad Cavanşir

33. İsmayılov Elxan Nazim

34. İsgəndərov Əliyar Hüseyn

35. Kərimov Elxan Sunbay

36. Qasımov Sərxan Lətif

37. Quliyev Məhəmməd Fərrux

38.Qurbanov Nofəl Nəriman

39.Qiyasov İlqar Əsgər

40. Qəhrəmanov Qəhrəman Qaçay

41.Qədiməliyev Nizami Gülməmməd

42.Qədirov Taleh Ələkbər

43. Malikov Amil Əliheydər

44. Mehdiyev Nazim Əli

45. Mikayılov Baba Babakişi

46.Mirzəyev Rizvan Bilal

47.Mustafayev Sabir İslam

48. Məmmədov Mahir Arif

49.Məmmədov Müşfiq Yusif

50.Məmmədov ilqar İnqlab

51. Nəcəfov Rəhman Hacı

52.Nəcəfov Rövşən Hacı

53.Namazov Azər Rəhim

54.Niftalıyev Adil Kamal

55.Nəsibov Arif Əmiraslan

56.Nuriyev Rafiq Əli

57. Priyev Ehtiram Bayram

58. Rəsulov Atəş Hacı

59.Rüstəmov Azad (Araz)Bala (Balı)

60. Şamilov Zərraf Bakir

61.Sultanov Kazım Hacı

62.Səfərov Rövşən Qiyas

63. Vəlicanlı Süleyman Məbud

64.Tahirov Vaqif Sabir

65.Tahirov Əlövsət Kamran

Xüsusi Təyinatlı Dəstə

1.Əhmədov Riyad Fikrət

2.Musayev Vaqif Dursun

3.Şirinov Elcan Qaçay

4.Qasımov Veysəl Həbib

5.Hüseynov Telman

6.Yusifov Şahin Həsənqulu

7.Yarıyev Qənbər Teymur

8.Zeynalov Sahib Əliheydər

9.Məmmədov Elmar Vaqif

Şuşa özünümüdafiə dəstəsi

1.Nəsirov Zahid Rafael

2.Abutalıbov Eyvaz Cəmil

3.Ələkbərov Zahid Vəliş

4.Məhərrəmov Nazim Tofiq

5.Rüstəmov Sabir Gəray

6.Səfərov Şahverdi Bəhlul

7.Quliyev Oqtay Gülməmməd

8.Ələkbərov Arzu Bəhram

9.Məmmədov Habil Qabil

10.Həşimov Pərviz Varaşil

Şuşa şəhər İcra Hakimiyyətinin köməkliyi ilə 2019-cu ildə Şəhidlər Xiyabanında, 1992- ci ili yanvarında “Daşaltı əməliyyatı”nda şəhid və itkin düşmüş silahdaşlarımızın adları qeyd edilmiş lövhənin açılışı olmuşdur.

Məni Daşaltıda axtararsınız

Deməyin, itkinəm, mən yox olmuşam,
Düşmənin qəlbinə bir ox olmuşam.
Əvvəl tək idimsə, day çox olmuşam,
Yaşaya bilmərəm ata-anasız,
Məni Daşaltıda axtararsınız.

Demə son döyüşüm, “Daşaltı” oldu,
Demə, bacılarım saçını yoldu,
Demə ki, anamın gözləri doldu
Sevinib şənlənər o düşmən qansız,
Məni Daşaltıda axtararsınız.

Ürəklərdə mənim məkanım ancaq,
Mənsiz qızmayacaq nə ev, nə otaq.
Nahaq gəzirsiniz siz məni,nahaq,
Belə boş gəzməyin yorularsınız,
Məni Daşaltıda axtararsınız.

Qorxma, Vətən daşı Daşaltıdadır,
Sarımayın qollarım Daşaltıdadır.
Nə olsun ki, cismim Daşaltıdadır,
Ruhuma dəyməyin, siz Allah, cansız,
Məni Daşaltıda axtararsınız.

Sevgilim, heç kimə açma könlünü,
Saxla bu fəryadı, yanğını, kini.
Gözlə toyumuzu-o, xöşbəxt günü.
Qoy gəlib desinlər gözəl yarsınız,
Məni Daşaltıda axtararsınız.

Hər dəfə Şuşa ətrafında, xüsüsən də Daşaltı kəndi istiqamətində gedən döyüşlər haqqında (2020-ci il) məlumat veriləndə, 1992-ci ildə gedən döyüşlər gözümün önünə gəlirdi və həmin döyüşlərdə itkin düşmüş (50 nəfərə yaxın) əsgər və zabitlərimizdən məlumat olacağını hər birimiz səbirsizliklə gözləyirdik. Çox təəssüflər olsun ki, bu günə kimi Ermənistan rəhbərliyi itkin düşmüş əsgər və zabitlərimiz haqqında məlumat vermək istəmir.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin göstərişi ilə I Vətən Müharibəsində itkin düşmüş soydaşlarımız (4 minə yaxın) haqqında məlumat verməkdən imtina edildiyi üçün Ermənistan dövlətini 2021-ci ildə Avropa Məhkəməsinə verilməsi haqqında göstəriş vermişdir. İnanırıq ki, itkin düşmüş vətəndaşlarımız haqqında tezliklə şad xəbərlər eşidəcəyik.

«Məni Daşaltıda axtararsınız» şerinin “izi ilə”, 21 yanvar 2021-ci il tarixində, 29 ildən sonra işğaldan azad edilmiş Daşaltı kəndində və Şuşa şəhərində olduq. I Vətən Müharibəsinin Daşaltı əməliyyatı iştirakçıları Füzuli Rzaquliyev, Əmrah Cabbarov və mən kəndi gəzdikcə həmin döyüşləri ürək arğısı ilə yada saldıq. Bir daha əmin oldum ki, Azərbaycanın ilk Milli Ordusu o vaxtkı hakimiyyət çəkişmələrinin, siyasətin qurbanı olmuşdur.

Ali Baş Komandanın rəhbərlik etdiyi qəhrəman ordumuzun “Dəmir yumruq” əməliyyatı nəticəsində təkcə erməni ordusu məhv olmadı, həm də “böyük Ermənistan” xülyasına son qoyuldu.

Bu gün hərbi Zəfəri görməyi bizlərə nəsib edən Ali Baş Komandan İlham Əliyevə, Müzəffər Ordumuza tükənməz minətdarlığımı bildirirəm.

Aşağıda adları qeyd edilən şəxsləri tanıyanlar varsa, məlumat verməklərini xahiş edirəm (Ehtimal olunur ki 1992-ci yanvarın 26-da Daşaltı əməliyatında döyüşlərdə itgin düşüblər).

1.Azadəliyev Şamil Misax oğlu

2.Əliyev Mehdi Rəşid oğlu

3.Mahmudov Azər Əli oğlu

4.Rəcəbov Cəbrayıl Mehdi oğlu

5.Bədirov Tofiq Nofəl oğlu

6.Xəlilov Elşən —

7.Sadıqov Adil —

8.Əzizov Sahib —

9 —- Asif —-

10. Qasımov Sərxan (Abbas) Lətif oğlu

Mob:055 732 88 90 (iş 3 71 23 47)

Hər il olduğu kimi bu il də yanvarın 26-da saat 10-da Şəhidlər Xiyabanında Şəhidlərimizi yad edəcəyik.

Niyazi Məmməd oğlu Quliyev

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin Nəzarət Təftiş Komissiyasının sədri

Bu xəbəri paylaşın: