AVMVİB Neftçala rayon şöbəsinə yeni sədr və müavin təyin olundu

Bölgədə yaşayan müharibə veteranlarının birgə fəaliyyətlərini təmin etmək məqsədiylə fəaliyyətsiz rayon şöbələrinin rəhbərliyi dəyişdirilir və daha fəal müharibə veteranları ilə əvəz edilir.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin  (AVMVİB) Neftçala rayon şöbəsinin sədri Böyükağa Məmmədov tutduğu vəzifədn azad olunub.

AVMVİB sədri Füzuli Rzaquliyevin digər əmri ilə müharibə veteranı Mustafayev Şakir Qüdrət oğlu AVMVİB Neftçala rayon şöbəsinə sədr ,Hüseynov Mübariz Eldar oğlu isə şöbədə təşkilatı işlər üzrə müavin təyin olunub.

Mərasimdə Azərbaycan Vətən Müharibəsinin Veteranlar İctimai Birliyi (AVMVİB) sədrinin müavini Vahid Abdurəhmanov, NTK sədri Niyazi Quliyev və AVMVİB-nin Xankəndi  və Xocalı rayon şöbəsinin sədri Ramiz Ağayev iştirak ediblər.

AVMVİB sədri Füzuli Rzaquliyev yeni təyinat alanları təbrik edərək, işlərində uğurlar arzulayarıb və  gələcək fəaliyyətlərində  müharibə veteranlarının ictimai fəaliyyətinin təşkilində ,öz bilik və bacarıqlarından istifadə edəcəklərinə əmin olduğunu bildirib.

Mustafayev Şakir Qüdrət oğlu və Hüseynov Mübariz Eldar oğlu , AVMVİB sədri Füzuli Rzaquliyevə və AVMVİB Rəhbərliyinə öz minnətdarlıqlarını bildirərək, öz işləriylə bu etimadı doğrultmağa çalışacaqlarını  qeyd ediblər.

Azərbaycan Vətən Müharibəsi  Veteranları İctimai Birliyinin  Mətbuat Xidməti

Bu xəbəri paylaşın: