«Azərsu» ASC-nin Binəqədi rayon İdarəsinin əməkdaşları şəhidin məzarını ziyarət etmişlər

Vətən müharibəsi şəhidi Kazımov Vüsal Vüqar oğlunun ildönümü məzarı başında qeyd edilib

Artıq ənənə halını almış kollektiv ziyarətdə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Binəqədi rayon Sukanal İdarəsinin rəisi Sultan Əmiraslanov

Binəqədi rayon sukanal idarəsinin rəis müavini Quliyev Tural İlyas oğlu  Binəqədi rayon sukanal idarəsinin baş mühəndisi İbrahimov Nemət Yavər oğlu, Kadrlar, icraya nəzarət, kargüzarlıq və təsərrüfat işləri  şöbəsinin rəisi Yusifzadə Sahil Rza oğlu, AVMVİB-in Binəqədi Rayon şöbəsinin sədri Mərdan Ələsgərov və başqaları şəhidin anası Paşayeva Lalə Şəmşəd qızına səbr diləmiş və bundan sonra da oxşar tədbirlərin təşkilində “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Binəqədi rayon Sukanal İdarəsinin mütəşəkkil şəkildə iştirak edəcəyini diqqətə çatdırmışdır.

Tədbir iştirakçıları öncə şəhidlərin məzarları önünə qərənfillər düzmüş, onların əziz xatirəsinə ehtiramlarını bildirmişlər.

Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Binəqədi  rayon şöbəsinin sədri , «Azərsu» ASC-nin əməkdaşı  Mərdan Ələsgərov məlumat verib.

Mərdan Ələsgərov bildirdi ki, Binəqədi rayon Sukanal İdarəsinin rəisi Sultan Əmiraslanov  şəhid ailələrinə və müharibə iştirakçılarına həssas yanaşır və daima diqqət göstərir.

Tədbirdə Binəqədi rayon Sukanal İdarəsinin rəisi Sultan Əmiraslanov çıxış edərək bildirmişdir ki, Ermənistan silahlı qüvvələrinin 2020-ci il sentyabrın 27-də törətdiyi növbəti hərbi təxribata cavab olaraq, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı, cənab Prezident İlham Əliyevin əmri ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələri əks-hücum əməliyyatlarına başlamış və 44 gün davam edən Vətən müharibəsi rəşadətli Ordumuzun qələbəsi ilə başa çatmışdır.

Sultan Əmiraslanov Şəhidin valideynlərinə və ailə üzvlərinə başsağlığı verərək, belə qəhrəman övlad böyütdükləri üçün minnətdarlığını bildirmişdir.

Allah rəhmət eləsin.

Fərid Səlimov

Bu xəbəri paylaşın: