232 nömrəli tam orta məktəbdə “Şəhidlər ölməz, Vətən bölünməz”Vüqar  Bədəlova həsr olunmuş tədbir” keçirilib

Martın 3-də Daxili İşlər Nazirliyi Daxili Qoşunların döyüş bölgələrində yerləşən hərbi hissələrinin  tərkibində Azərbaycanın ərazi  bütövlüyü və suverenliyi uğrunda  (Ağdam rayon ətrafında) gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Bədəlov Vüqar Baloğlan oğlunun doğum günü münasibətilə şəhidin təhsil aldığı  D. Məmmədzadə adına 232 nömrəli tam orta məktəbdə “Şəhidlər ölməz,Vətən bölünməz” adlı tədbir keçirilmişdir. Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin  hüquqi məsələlər üzrə müavini  Salman Musayev,Daxili Qoşunların Veteranlar şurasının  sədri  Çingiz Daşdəmirov, Daxili İşlər Nazirliyi  Daxili Qoşunların  Ali hərbi məktəbinin rəisinin tərbiyə işləri üzrə müavini Nəriman İsayev,Daxili Qoşunların  Baş İdarəsinin mənəvi  psixoloji hazırlıq şöbəsində baş zabiti Məzahir Seyidov, Suraxanı rayon İcra hakimiyyətində Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri 1 dərəcəli dövlət qulluqçusu  Elmar Hüseynov, Azərbaycan Vətən Müharibəsi Veteranları  İctimai Birliyinin   Suraxanı  rayon şöbəsinin sədri Eldar Rüstəmov, Suraxanı rayon Səfərbərlik və Hərbi xidmətə çağırış idarəsinin nümayəndəsi Namiq Orucov,232 saylı tam orta məktəbin direktoru Nisə Fərəcova, şəhidin ailə üzvləri, yaxınları, müharibə  veteranları və şəhid ailələri,232 nömrəli məktəbin müəllim heyəti və bir qrup şagirdləri iştirak etmişlər.
Əvvəlcə xalqmızın Ümümmili lideri Heydər Əliyevin, şəhid Vüqar Bədəlovun, eyni zamanda canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin, əziz və unudulmaz  xatirələrinin  bir dəqiqəlik sükutla yad edilib.Azərbaycan Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan  D.Məmmədzadə adına 232 nömrəli tam orta məktəbin direktoru, Yeni Azərbaycan partiyasının üzvü  Nisə Fərəcova şəhidin bacısı ehtiyatda olan gizir Səbirə Bədəlovaya,şəhidin yaxınlarına baş sağlığı vermiş və Azərbaycan Ordusunun qüdrətindən,şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqdan danışmışdır.Bundan əlavə Nisə xanım öz  çıxışında  məktəbdə təhsil aldığı dövrdə  Vüqar Bədəlovun yüksək əxlaqi keyfiyyətləri və nümunəvi davranışlarından, vətənpərvər və nizam-intizamlı şagird olmasından söhbət açmış və məktəbin, müəllimlərin, həmçinin bütün şagirdlərin qəhrəman məzunla qürur duyduqlarını diqqətə çatdırmışdır.


Daha sonra Vüqar Bədəlovun həyatı  haqqnda film nümayiş etdirildi.232 nömrəli tam orta məktəbin şagirdləri ədəbi-bədii kompozisiya ilə çıxış etdilər,Şəhidlərə həsr  olunmuş şeirlər söylədilər və vətənpərvər mahnılar oxudularMərasimdə iştirak edən şəhid Səbuhi Orucovun anası Narınc xanım,şəhid İbrahin Həsənovun anası Kəmalə xanım,şəhid Mehdi Fərzullazadənin anası Elvira xanım, şəhid Vüqar Bədəlovun əmisi Etibar müəllim çıxış edərək ölkəmizdə şəhid ailələrinə və  müharibə  veteranlarına dövlət səviyyəsində böyük diqqət və qayğının göstərildiyini önə çəkərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham  Əliyevə və birinci xanım Mehriban Əliyevaya təşəkkürünü ifada etdilər.

Tədbirdə çıxış edənlər Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin müavini   Salman Musayev, Daxili Qoşunların Veteranlar şurasının sədri Çingiz Daşdəmirov, Daxili Qoşunların Ali hərbi məktəb rəisinin tərbiyə işləri üzrə müavini Nəriman İsayev,Suraxanı İcra hakimiyyətində Vətən Müharibəsi, şəhid ailələri ilə işin təşkili şöbənin müdiri Elmar Hüseynov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Suraxanı rayon şöbəsinin sədri Eldar Rüstəmov, Daxili Qoşunların Veteranlar şurasının üzvü  Səfxan Bayramov,Azərbaycan Vətən Müharibəsi Veteranları  İctimai Birliyin Nərmanov rayon şöbəsinin üzvü,hərbi jurnalist,”Gümüş qələm” mükafatçısı Mərdan Hüseynli, Daxili Qoşunlarda xidmət etmiş  müharibə veteranları Güləbətin Əsədova, hərbi jurnalist Yalçın Abbasov mart ayının 3-də 50- yaşı tamam olan şəhid Vüqar Bədəlovun keçdiyi qısa və mənalı həyat yollarından söz açmış vətənimizin bütovlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsini daim uca tutmağı,vətən uğrunda mübarizənin vacibliyini bildirdilər və onlar 232  nömrəli orta məktəbin şagirlərinin vedikləri  suallara ətraflı cavab verərək öz tövsiyələrini verdilər.

Tədbirin sonunda Şəhidin bacısı uzun müddət  Daxili Qoşunlarda  xidmət etmiş Səbirə Bədəlova və şəhidin yaxın qohumları  hər zaman onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident xanım Mehriban Əliyevaya, Daxili İşlər Nazirliyin rəhbərliyinə, Daxili Qoşunlar  komandanlığına, Suraxanı rayon İcra hakimiyyətinin başçısına, 232 nömrəli tam orta məktəbin rəhbərliyinə və müəllim kollektivinə öz  minnətdarlığını bildirdi. Səbirə xanım qardaşının doğum günündə onun xatirəsinin yad olunmasını Vüqarın  timsalında bütün şəhidlərimizə olan hörmət və ehtiram kimi dəyərləndirdi.

 Tədbirin sonunda şəhid Vüqar Bədəlovun əziz xatirəsinə ehsan süfrəsi açılıb,şəhidlərimizin ruhlarına dualar oxunub və əziz xatirələri ehtiramla yad edilib.

Qeyd edək ki, tədbir 232 nömrəli məktəbin təşkilatçılığı ilə keçirilmişdir.

Bədəlov Vüqar Baloğlan oğlu 1973 cü ilin mart ayının 3 də Bakı şəhərində zəhmətkeş ailədə anadan olmuş və o, Azərbaycanın ərazi bütövlüyü uğrunda  gedən döyüşlərdə  göstərdiyi şücaətə,igidliyə görə, xidməti vəzifələrinin və hərbi hissə qarşısında  qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2007 — ci  il 9 mart 1974 nömrəli sərancamına əsasən ölümündən sonra  «Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin  Suraxanı rayon şöbəsinin  ictimai işlər üzrə  müavini Şövqi Seyidov

Bu xəbəri paylaşın: