Şəhid bacısının təşkiltaçılığı ilə qazilərimiz xəstəxanada ziyarət olunub

Şəhid bacısı, Kəlbəcər rayon 84 nömrəli tam orta məktəbin direktoru, AVMVİB-in fəxri üzvü Həqiqət Məmişovanın təşkilatçılığı ilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Sabunçu rayon şöbəsinin sədri Ramiz Musayev başda olmaqla AVMVİB Sabunçu rayon şöbəsinin üzvləri Sabunçu xəstəxanasında müalicə alan qazilərimizi ziyarət etmişlər.

Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Sabunçu rayon şöbəsinin sədri Ramiz Musayev məlumat verib. Şöbə sədri bildirib ki, H.Məmişova daim Şəhidlərimizə aid olan məclislərdə iştirak edir. Qazilər və veteranlar Türk qızı Türk olan Həqiqət xanımı öz bacısı hesab edir.

Xatırladaq ki, məktəb direktoru AVMVİB-nin fəxri üzvü kimi Həqiqət Məmişova yorulmadan vətənpərvərlik ruhunun yüksəldilməsi, gənc döyüşçülərin cəmiyyətə adaptasiya olunması sahəsində çalışmaqdadır.

Türkay Xaqan

Bu xəbəri paylaşın: