Narkotik vasitələrin qəbulu və yayılmasına qarşı mübarizə adlı tədbir keçirilib

Neftçala rayonu İcra Hakimiyyəti başçısının  birinci  müavini Məmmədov Şaiq Seyfəddin oğlunun təşkilatçılığı ilə Bankə qəsəbəsində “Narkotik vasitələrin qəbulu və yayılmasına qarşı mübarizə: hüquqi və mənəvi müstəvidə” mövzusunda tədbir keçirilib.

Tədbirdə Bankə qəsəbəsinin  İƏD üzrə nümayəndəsi Nağıyev Tarel Tarix oğlu, Bankə Ağsaqqalar şurasının sədri Şəhid atası Ağamalıyev Baloğlan 1 və 2 saylı orta məktəbin direktorları, qəsəbənin ziyalıları və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Neftçala rayon şöbə sədrinin təşkilatı məsələlər üzrə müavini Mübariz Hüseynov iştirak ediblər.

Çıxışlar zamanı narkomaniyaya qarşı mübarizədə dövlətin həyata keçirdiyi tədbirlər haqqında məlumat verilib. Narkomaniyanın bir xəstəlik olduğu və bununla mübarizədə maarifləndirmənin əhəmiyyəti diqqətə çatdırılıb. Bu problemin həllində əsas addımlardan birinin yeniyetmə və gənclər arasında maarifləndirmə işinin genişləndirmək olduğu vurğulanıb.

Çıxışlardan sonra (AVMVİB) Neftçala rayon şöbə sədrinin təşkilatı məsələlər üzrə müavini Mübariz Hüseynovun təklifi ilə  tədbir iştirakcıları Bankə qəsəbə Şəhidlər abidəsini ziyarət ediblər  və şəhidlərimiz sayğı duruşu duraraq bir dəqidəlik sukutla yad olunublar.

Qazi qardaşımız Azad Məlikovla tədbir iştirakçıları xatirə şəkili çəkdirdilər.

AVMVİB Neftçala rayon şöbə sədrinin təşkilatı məsələlər üzrə müavini Mübariz Hüseynov

Bu xəbəri paylaşın: