Ramazan bayramını aprelin 21-də qeyd etməyən ölkələr…

222 milyonluq əhalisinin 91 faizi sünnü müsəlman olan qardaş Pakistanda Ramazan bayramı bu il aprelin 22-də qeyd olunacaq və bayram namazı da təbii ki, həmin gün qılınacaqdır.

172 milyonluq əhalisinin 90 faizi sünnü müsəlman olan Banqladeşdə (bu ölkədə şiə çox azdır) Ramazan bayramı bu il aprelin 22-də qeyd ediləcək və bayram namazı da müvafiq olaraq həmin gün qılınacaqdır.

40 milyonluq müsəlman əhalisinin 80 faizi sünnü olan Əfqanıstanda Ramazan bayramı aprelin 22-də qeyd olunacaqdır.

33 milyonluq əhalisinin 61 faizi sünnü müsəlman olan Malayziyada da (bu ölkədə şiə demək olar ki, yoxdur) Ramazan bayramı aprelin 22-də qeyd ediləcək və bayram namazı da təbii ki, həmin gün qılınacaqdır.

271 milyonluq əhalisinin ən azı 88 faizi sünnü müsəlman olan İndoneziyada (bu ölkədə də şiə çox azdır) isə Ramazan bayramı internet resursların məlumatına görə, bu il aprelin 23-də qeyd olunacaqdır.

Türk respublikalarından 36 milyoluq əhalisinin 90 faizi sünnü müsəlman olan qardaş Özbəkistanda (bu ölkədə şiə çox azdır) Ramazan bayramı aprelin 22-də qeyd olunacaqdır.

Bugün dünyada təxminən 1 milyard 300 milyondan 1 milyard 900 milyonadək müsəlman yaşayır. Göründüyü kimi, onlardan ən azı 800 milyona yaxını müqəddəs Ramazan bayramını bu il aprelin 21-də deyil, sonrakı günlərdə qeyd edəcəkdir.

Beləliklə, gəlin bir-birimizə qarşı maksimum dözümlülük nümayiş etdirək!

Ramazan bayramını istər aprelin 21-də, istər 22-də, istərsə də 23-də qeyd edən bütün müsəlmanların bayramı mübarək olsun!

Araz Şəhrili

Bu xəbəri paylaşın: