Birinci Qarabağ müharibəsi qazisi, Azərbaycan Vətən Müharibəsi Veteranlarının Gəncə şəhər Kəpəz rayon şöbəsinin sədri, Arzu Kərimov sıralarımızı tərk etdi. Doğma yurdlarımızın azadlıq sevincini yaşasa da o yerlərə ayaq basmadan həyata vida etdi.
Xatırladaq ki, Arzu Kərimov «818-Həsənqaya əməliyyatı»nın iştirakçısı, Xocalı soyqırımını törətmiş «Arabo» erməni terror dəstəsinin tamamilə məhv edilməsində iştirak etmiş, Gəncə batalyonunun döyüşçüsü olub.
AVMVİB Rəhbərliyi, Fedai.az kollektivi AVMVİB üzvü Arzu Kərimovun vəfatından kədərləndiklərini bildirir və mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verirlər.
Allah rəhmət eləsin!
Məkanı cənnət olsun!
