Ərdoğanla Putin arasında telefon danışığı olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Fedai.az
 “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Tərəflər Akkuyu Atom Elektrik Stansiyasının açılışı, ikitərəfli münasibətlər, həmçinin Suriya və Rusiya-Ukrayna müharibəsinə dair məsələləri müzakirə edib.

Bu xəbəri paylaşın: