Türkiyədə Prezident və 28-ci çağırış Parlament seçkiləri çərçivəsində neqativ hallar qeydə alınmayıb.
Bu barədə Türkiyə Ali Seçki Şurasının (YSK) sədri Ahmet Yener açıqlamasında deyilir.
O qeyd edib, ölkə üzrə səsvermə zamanı 1 Partiya müşahidəçisi və 2 vətəndaş infarkt keçirərək həyatını itirib.
A.Yener seçkilərin Türkiyəyə, millətinə, həmçinin namizədlər və siyasi partiyalara xeyirli olmasını arzu etdiyini vurğulayıb.(turkustan)