Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Qubadlı rayon şöbəsinin üzvləri Qubadlı Tarix-Diyarşünaslıq Muzeyində Beynəlxalq Muzeylər Günü münasibətiylə keçirilən tədbirdə iştirak ediblər.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Qubadlı rayon şöbəsinin sədri Təyyar Eminov Muzeyşünaslığın inkişaf tarixi” mövzusunda çıxış edib, ümummilli lider Heydər Əliyevin ölkəmizə hər iki rəhbərliyi dövründə digər sahələrdə olduğu kimi, Azərbaycan muzeyşünaslığının inkişafında da mühüm addımlar atıldığını, bu sahədə işlərin uğurla davam etdirildiyini bildirib.
Təyyar Eminov bildirib ki,azad edilmiş bütün şəhərlərdə Preziden İlham Əliyevin göstərişiylə İşğal və Zəfər muzeyləri inşa edilir. Artıq bir neçə şəhərdə layihələr təsdiqlənib.