Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları davam edir

23 May 2023-ci il tarixində Bakı şəhəri Sabuncu rayonu Zabrat I qəsəbəsində Şərqi Zəngəzur RegionalnTəhsil İdarəsinin Kəlbəcər rayon Sektorunun 84 saylı Kəlbəcər rayon orta məktəbində ərazi partiya təşkilatında hesabat seçki yığıncağı keçirildi.
Əvvəlcə ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yığıncaqda ərazi partiya təşkilatlarının ötən dövr ərzindəki fəaliyyəti barədə hesabat məruzəsi dinlənilib. Məktəbin direktoru, şəhid bacısı Həqiqət Məmişova hesabat məruzəsi ilə çıxış edərək təşkilatın VI qurultayından sonrakı dövr ərzində görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışıb.

Həqiqət Məmişova bildirib ki, təşkilat üzvləri istər ölkə səviyyəsində keçirilən tədbirlərdə, istərsə də rayon tədbirlərində fəal iştirak edirlər. Partiyanın ölkənin müstəqilliyinin möhkəmlənməsində müstəsna xidmətlərə malik olduğunu vurğulayıb, partiya hakimiyyətə gəldikdən sonra bütün sahələrdə, o cümlədən təhsil sahəsində də sürətli inkişafın baş verdiyini deyib. Bu il «Heydər Əliyev İli» çərçivəsində silsiləli tədbirlər keçirilir. Bütün bu işlərdə partiyamızın üzvləri fəal iştirak edirlər.

YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov çıxış.edərək yeni seçilən sədrləri və müavinləri təbrik edərək gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Həbib Misirov YAP Kəlbəcər rayon təşkilatı tərəfindən «Heydər Əliyev İli» çərçivəsində keçirilən tədbirlər və görüləcək işlər barəsində ətraflı məlumat verdi.

Bildirib ki, partiyamızın tarixi VII Qurultayında möhtərəm prezidentimiz, partiyamızın sədri cənab İlham Əliyevin proqram xarakterli nitqindən irəli gələn vəzifələri hər birimiz layiqincə yerinə yetirməliyik. Partiyanın Nizamnamə və Proqramına edilən dəyişikliklərdən, ölkəmizin və regionun alternativsiz partiyası olan Yeni Azərbaycan Partiyasının Azərbaycanın siyasi həyatına gətirdiyi çevik, dinamik islahatlardan, yeni qəbul olunan Əsasnamələrdən, üzvlük haqlarının məbləği və ödənilməsi Qaydası barədə ətraflı danışıb. Partiyanın məqsəd və vəzifələrinin həyata keçirilməsi, üzvlərin dəqiq qeydiyyatının aparılması, nizam – intizamın möhkəmləndirilməsi, üzvlük haqlarının vaxtında və Qaydalara uyğun şəkildə ödənilməsi barədə tapşırıq və tövsiyələrini verərək hər bir partiya üzvünü Partiya fəaliyyətlərində görüləcək işlərdə, keçiriləcək tədbirlərdə, toplantılarda və aksiyalarda fəal olmağa çağırıb gələçək fəaliyyətlərində uğurlar arzulayıb.

Çıxış edənlər ərazi partiya təşkilatlarının hesabat dövrü ərzindəki fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.

Daha sonra təşkilati məsələlərə baxılıb. Həqiqət Məmişova Ərazi Partiya təşkilatının sədri, Bəxtiyar Zamanov və Nigar Məmmədzadə sədr müavinləri seçiliblər.


Yeni seçilən təşkilat sədri Həqiqət Məmişova öz çıxışında YAP rəhbərlyinə təşəkkür edərək onlara göstərilən etimadı layiqincə doğruldacaqlarını bildirdi.

Sonda YAP Kəlbəcər rayon təşkilatı tərəfindən Partiyanın fəal üzvlərinə Fəxri fərmanlar və «Heydər Əliyev İli» çərçivəsində keçirilən tədbirlərdə fəal iştirak edən məktəbin şagirdi Nəcəfzadə Zəhraya təşəkkürnamə diplomu təqdim edildi.
Qeyd edək ki, YAP Kəlbəcər rayon təşkilatının ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqlarının keçirilməsi davam etdirilir.

Bu xəbəri paylaşın: