Bu gün xidmətdə olarkən ildırım vurması nəticəsində həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Məmmədli Davud Fuad oğluna şəhid statusu veriləcək.
Fedai.az xəbər verir ki, bu barədə Unikal-a Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Anar Eyvazov məlumat verib.
Qeyd edək ki, bədbəxt hadisə Daşkəsən rayonunda yerləşən N saylı hərbi hissədə baş verib.