Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev AVMVİB üzvləri adından tanınmış ictimai xadim, Azərbaycan Respublikası Milli Məclisi Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın vəfatı ilə bağlı başsağlığı verib.
Döyüşçülərin ən çox rəğbət bəslədiyi və ürəkdən «Mənim millət vəkilim» deyə bildiyi Qənirə Paşayevanın vəfatını dərin kədər hissi ilə qarşıladım.
Dövlətimiz , xalqımız qarşısında böyük xidmətlər göstərən ,müharibə veteranları və şəhid ailələrinin problemlərinin həllində daim onlarla birgə olan Vətənin dar günündə, həm səngərdə, həm siyasi tribunada, həm də informasiya cəbhəsində gördüyümüz bir döyüşkən vətənpərvərimiz Qənirə Ələsgər qızı Paşayevanın vəfatından kədərləndiyini bildirir,Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin üzvləri adından mərhumun bütün əzizlərinə,doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı veririk.
Allah rəhmət eləsin…
Məkanı cənnət olsun!..