“Müharibə veteranlarının hüquqi maarifləndirilməsi” layihə çərçivəsində Zərdabda görüş keçirilib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Ağentliyinin maliyyə dəstəyi ilə “Müharibə veteranlarının Hüquqi maarifləndirilməsi” adlı layihə çərçivəsində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) bölgələrdə veteranlarla görüşləri davam etdirir. Layihə çərçivəsində bu dəfə Zərdab rayon veteranları ilə “Gənclər Evində” geniş tərkibdə görüş keçirilib.

Tədbirlə bağlı Vahid Abdurəhmanov bildirdi ki, bu layihələrin həyata keçirilməsi müharibə veteranları tərəfindən razılıqla qarşılanır:

«Həmçinin, veteranlarımızın mövcud problemləri ilə tanışlıq üçün AVMVİB rəhbərliyi əlavə bir imkan əldə edir. Bu imkanı yaradan Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinə öz minnətdarlığımızı bildirirəm».

Görüşdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin təşkilati məsələlər üzrə sədr müavini Vahid Abdurəhmanov, AVMVİB NTK sədri Niyazi Quliyev, Xətai rayon şöbəsinin sədr müavini Əhli Həbiyev, AVMVİB Zərdab rayon şöbəsinin sədri Seyfi Həsənov, Zərdab rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Tural Nağyev və rayon İcra Hakimiyyətinin böyük məsləhətçisi  Famil Abbasov, müharibə veteranları və müharibə əlilləri iştirak edirdilər.

Tədbirdə çıxış edən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) təşkilatı məsələlər üzrə sədr müavini  Vahid Abdurəhmanov “Müharibə veteranlarının Hüquqi maarifləndirilməsi” layihənin məqsədi barədə iştirakçılara geniş məlumat verdi. NTK sədri Niyazi Quliyev layihənin icrası artıq bir çox veteranlarımızın problemlərinin həllində oynadığı müsbət rolundan danışdı. Faktlarla layihə çərçivəsində öz hüquqlarını bərpa edə bilmiş veteranlarımızın bundan sonra da hüquqlarının bərpasına hər vasitə ilə yardımçı olacaqlarını qeyd etdi.

Çıxış edən Zərdab rayon İcra hakimiyyətinin məsul nümayəndəsi Tural Nağıyev layihənin həyata keçirilməsinin vacibliyindən danışdılar. AVMVİB Zərdab rayon şöbəsinin sədri Seyfi Həsənov bildirdi ki, müharibə veteranlarının problemlərinə həsr olunmuş belə layihələrin böyük əhəmiyyəti var. Belə layihələrin bizim rayonda həyata keçirilməsi də müharibə veteranları tərəfindən rəğbətlə qarşılanıb. Ona görə də belə layihələrin Zərdab rayonunda keçirilməsini alqışlayırıq. Layihə çərçivəsində rayon veteranlarını maraqlandıran suallara cavablar verilib və qaldırılan problemlər aidiyyətləri üzrə qruplaşdırılıb. Sonda tədbir iştirakçıları xatirə şəkilləri çəkdirdilər.

Bu xəbəri paylaşın: