Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) üzvləri Qazaxstan Respubilkasına yola düşüblər.
Qazaxstan Respubilkasının Kasım-Jomart Tokayevin təşəbbüsü və Qazaxstan veteanlarının təşkilatçılığı ilə Qazaxstan Respubilkası İdman və Turizm Nazirliyinin dətəyi ilə 22 -29 oktyabr 2023 cü il tarixində Qazaxtanın Almata ,Türkstan ,Terez ,Çibkir şəhərlərində Turan-Türk Dövlətləri Brliyinin Beynəlxalq formu keçirləcək.

Bu məqsədlə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyevin əmri ilə beş nəfərdən ibarət müharibə veteranı Qazaxstan Respubilkasına ezam olunub.

Polkovnik Elmar Hüseynovub rəhbərliyi ilə yola düşən qrupda Azərbaycanı polkovnik Mübariz Quliyev ,polkovnik Qaçay Aslanov ,kapitan Bəyanət Qasımov və Musa Əliyev təmsil edəcək.
Qeyd edək ki ,Qazaxstana səfər edən müharibə veteranları Füzuli Rzaquliyevin tapşırığı iləAzərbaycanda tarix boyu mövcud olmuş və müxtəlif sahələrə aid rəmzləri əks etdirən əşyalar aparıblar.

Xatırladaq ki ,15.09.2022 — ci il tarixində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) ilə ölkəmizə qonaq gəlmiş Qazaxstanın «Veteranlar Ittifaqı» (Tacikistan-Əfqanıstan sərhədində döyüş əməliyyatları və hərbi münaqişələrin iştirakçıları) Respublika İctimai Birliyi arasında görüş keçirilib.

