“20 yanvar cəmiyyəti” tərəfindən təşkil olunmuş tədbir Neftçala rayonunun Bankə qəsəbəsindəki 2 saylı tam orta məktəbdə kecirildi.
Cəmiyyətin sədri, layihə rəhbəri, 20 yanvar qazisi Sultan Əzimzadə tədbiri acaraq öncə xalqımızın ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi və Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.
Tədbirdə Neftçala icra aparatının nümayəndəsi, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB)-nin Neftçala rayon şöbə sədri Mübariz Hüseynov, Şəhid ailələri və veteranlar iştirak edirdilər.
ŞƏHİD QANI AXMAYAN TORPAQDAN VƏTƏN OLMAZ adı altında Şəhid baş leytenantı Kamran Namiz oğlu Hüseynovun anım günü münasibəti ilə kecirilən tədbirdə Kamranın atası, anası, müəllimi və yaxınları iştirak edirdilər

Tədbirin aparıcısı Şəhid Kamran Namiz oğlu Hüseynov barəsində qısa məlumat verdi.
Kamran Namiz oğlu Hüseynov 12 iyul 1995-ci ildə Neftçala şəhərində Namiz Hüseynovun ailəsində anadan olmuşdur. 2001–2012-ci illərdə orta təhsil almışdır. 2012–2016-cı illərdə Heydər Əliyev adına Hərbi İnstitutda ali hərbi təhsil almışdır. Subay idi.
Hərbi xidməti : Kamran Hüseynov 2016-cı ildə ali hərbi təhsilini başa vurduqdan sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılmış, çağırışa əsasən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, «N» saylı hərbi hissələrdən birində «leytenant» rütbəsində hərbi vəzifəsinə başlamışdır. Xüsusi Təyinatlı Qüvvələrin zabiti olaraq xidmət edən Kamran Hüseynov dəfələrlə təlimlərdə iştirak etmiş, hərbi xidməti zamanı fərqləndiyinə görə rəhbərlik tərəfindən dəfələrlə fəxri fərman və təşəkkürnamələrlə təltif edilmiş, «baş leytenant» rütbəsi almışdır.

Azərbaycan Ordusunun baş leytenantı olan Kamran Hüseynov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində zabit olaraq iştirak etmişdir. Murovdağın, Cəbrayılın və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuş, fərqlənmişdir.
Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamran Hüseynov «Kəlbəcərin azad olunmasına görə» medalı ilə təltif edildi
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Kamran Hüseynov «İgidliyə görə» medalı ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Kamran Hüseynov «Cəbrayılın azad olunmasına görə» medalı ilə təltif edildi.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Kamran Hüseynov «Şuşanın azad olunmasına görə» medalı ilə təltif edildi.
İkinci Qarabağ müharibəsində iştirakına görə Kamran Hüseynov baş nazir Əli Əsədov tərəfindən «Vətən müharibəsi iştirakçısı» medalı ilə təltif edildi.
İkinci Qarabağ müharibəsi bitdikdən sonra bir neçə medallara layiq görülən Kamran Hüseynov Qarabağda yerləşən «N» saylı hərbi hissələrdən birində xüsusi təyinatlı kimi hərbi xidmətini davam etdirirdi.
Kamran Hüseynov 4 mart 2023-cü ildə Qarabağda xidməti vəzifəsini yerinə yetirərkən ermənilərin basdırdığı minanın partlaması nəticəsində şəhid olmuşdur. Kamran Hüseynovun nəşi evinə gətirilərək 6 mart 2023-cü ildə Neftçala Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.06.2023-cü il tarixli Sərəncamına əsasən Kamran Hüseynov ölümündən sonra «Vətən uğrunda» medalı ilə təltif edilmişdir

Tədbir iştirakçılarından polkovnik Hikmət müəllim, Şəhid atası Ağamalıyev Baloğlan və digər natiqlər danışdı.
Söz Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB)-nin Neftçala rayon şöbə sədri Mübariz Hüseynova verildi.

AVMVİB-nin Neftçala rayon şöbə sədri Mübariz Hüseynov bildirdi ki :“Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB ) Respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş, müharibə veteranlarını öz ətrafında birləşdirən ictimai təşkilat kimi 1994 -cü ildən fəaliyyət göstərir və uzun bir yol keçmişdir.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi, 29 illik fəaliyyəti dövründə veteranlar və şəhid ailələri arasında, istərsə də yüksək rəsmi dairələrdə böyük hörmət qazanmışdır. 44 günlük Vətən müharibəsində isə başda Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyev olmaqla, AVMVİB-nin rəhbərliyi, Neftçala rayon şöbəsi və diyər rayon şöbələrinin sədr və müavinləri, hərbi qulluqçularmızın yanında olaraq, onlara həvalə edilmiş vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlməsinə köməklik etmişdir.
Hazırda sıralarında 89 mindən çox üzvü birləşdirən AVMVİB cəbhədən geri dönmüş kontingentlə fəal iş aparır və gənclərimizin cəmiyyətə adaptasiya olunması üçün əlindən gələnləri əsirgəmir.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) yarandığı gündən dövlətçiliyimizi, müdruk dövlət xadimi Heydər Əliyevin və onun davamçısı Prezident İlham Əliyevin siyasətini daim dəstəkləyən ictimai təşkilat kimi fəaliyyət göstərir. Neftçala rayonunda kecirilən və kecirləcək tədbirlərdən danışaraq Şəhid ailələrinin qarşısında baş əydı.”
Sonda tədbir iştirakçıları ilə xatirə şəkli çəkildi.



